Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

300 mindən çox suriyalı qaçqın evlərinə qayıdıb

İndiyədək 313,213 suriyalı qaçqın könüllü surətdə öz evlərinə qayıdıb.

Yenixeber.org: Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəd rayonlarda keçirdiyi antiterror əməliyyatlarından sonra 300 mindən çox suriyalı qaçqın evlərinə qayıdıb.

Anadolu agentliyi xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin miqrasiya idarəsinin rəisi Aydın Kəskin Kadıoğlu Şanlıurfada bu münasibətlə keçirilən tədbirdə bildirib ki, indiyədək 313,213 suriyalı qaçqın könüllü surətdə öz evlərinə qayıdıb. Onun sözlərinə görə, Türkiyə ordusunun apardığı iki uğurlu antiterror əməliyyatlarından sonra ərazidə təhlükəsiz zona yaradılması insanları doğma yurdlarına dönməyə həvəsləndirib.

Miqrasiya idarəsinin daha bir təmsilçisi Gokçə Ok isə bildirib ki, hazırda Türkiyədə 192 millətdən olan 4,7 milyon əcnəbi yaşayır. O əlavə edib: “Sülhə nail olduqdan sonra suriyalıların evlərinə qayıtması bizi sevindirir, lakin burada qalmaq istəyən dostlarımız üçün də hər bir şərait yaradacağıq”.

Qeyd olunub ki, təkcə Şanlıurfa vilayətində 500 minə yaxın suriyalı qaçqın var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam