Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

BMT:Müharibə, təqib və münaqişələrdən qaçan insanların sayı ötən il 70...

Dünyada müharibə, təqib və münaqişələrdən qaçan insanların sayı ötən il 70 milyonu keçib.

Yenixeber.org:  Bu barədə BMT-nin Qaçınlar üzrə Agentliyinin hazırladığı “Qlobal tendensiyalar” adlı illik məruzəsində qeyd olunub.

Bu, BMT-nin qaçqınlar üzrə qurumunun mövcud olduğu 70 ilə yaxın müddət ərzində müşahidə etdiyi ən yüksək rəqəmdir.

Məlumata görə, 70,8 milyona yaxın insan hazırda zorla didərgin salınıb. Müqayisə üçün qeyd edək ki, bu, 20 il əvvəlki saydan iki dəfə artıq, bir il əvvəlkindən isə 2,3 milyon nəfər çoxdur.

Məruzədə yer alan 70,8 milyon rəqəmi üç əsas qrupu əhatə edir.

Bunlardan birincisi qaçqınlar, yəni münaqişə, müharibə və ya təqib səbəbindən ölkəsini tərk etməyə məcbur olmuş insanlardır. 2018-ci ildə qaçqınların sayı bütün dünyada 25,9 milyona çatıb ki, bu da 2017-ci ildəki saydan 500 min nəfər çoxdur.

İkinci qrup sığınacaq axtaranlardır – bunlar öz mənşə ölkələrindən kənarda olan və beynəlxalq himayə altına alınan, amma qaçqın statusu üçün etdikləri müraciətlərin nəticəsini gözləyən insanlardır. 2018-ci ilin sonunda dünyada sığınacaq axtaran şəxslərin sayı 3,5 milyon şəxs olub.

41,3 milyon nəfərlik üçüncü və ən böyük qrup didərgin düşərək öz ölkəsi daxilində başqa ərazilərə köçmüş insanlardır.

Didərginlik hallarının sayındakı ümumi artım didərgin düşən, amma problemlərinin həlli yolu tapılan insanların sayını üstələməkdə davam edir. Qaçqınlar üçün ən yaxşı həll yolu onların öz yurdlarına könüllü surətdə, təhlükəsiz və ləyaqətlə qayıtmasının mümkün olmasıdır. Digər həll yolları sırasına yerli icmaya inteqrasiya olunma və ya üçüncü ölkəyə köçüb orada məskunlaşma daxildir. Lakin 2018-ci ildə yalnız 92.400 nəfər qaçqın köçürülərək məskunlaşdırılıb ki, bu da köçürülmələrini gözləyənlərin 7 faizindən azdır. Təxminən 593.800 qaçqının evinə qayıtması mümkün olub, 62.600 qaçqın isə naturalizasiya olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam