Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Sensasion əməliyyat:braziliyalı Sezar 2 kiloqram kokainlə Bakıya gəldi...

Qaçaqmalçılıqda və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Braziliya vətəndaşı 53 yaşlı Julio Sezar De lima Medeyrosun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yenixeber.org: Julio Sezar bu ilin aprelində Braziliyanın San Paulo şəhərində şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə cinayət əlaqəsinə girərək 2 kiloqram kokaini bir neçə xarici ölkə ərazisindən tranzit keçirməklə Azərbaycana gətirib.

Məlum olub ki, cinayətkar qrupun üzvləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə ediblər. Çemodanın yan divarlarına yapışdırılan astarın altından plastik materialdan hazırlanmış təbəqənin arasına gümüşü rəngli folqalara 12 büküm kokain gizlədiliblər. Sezara isə həmin kokain bükümlərini Bakıda cinayətkar qrupun digər üzvünə çatdırılması tapşırılıb. O da öz növbəsində 2 kilo kokaini Doha-Bakı aviareysi ilə Azərbaycana gətirib.

Təqsirləndirilən Yulio Sezar ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində valideynləri ilə birgə Braziliyanın Tupancireta şəhərində yaşadığını, Braziliyada və Surinamda yerləşən qızıl mədənlərində operator işləyib, bulduzer və ekskovator sürməklə ailəsini dolandırıb. Dediyinə görə, Bakıda həbs olunandan  bir neçə ay öncə işini itirib. Yaşına görə iş tapmaqda çətinlik çəkib. Pul qazanmaq məqsədilə Braziliyanın ən böyük şəhəri – San Pauloya üz tutub. Orada uzun müddət iş axtarsa da tapa bilməyib.

Nəhayət, tale Sezarı Braziliyanın “Sau Brazo” adlanan -  qaranlıq işlərlə və ticarətlə məşğul olan məhəlləsinə gətirib çıxarıb. Özünün dediyinə görə, həmin məhəllədə iki nəfər tanımadığı şəxs ona yaxınşalaşıb iş təklif ediblər. Söhbət əsnasında onlardan biri Azərbaycanın paytaxtı Bakı şəhərinə çemodan çatdıracağı halda 5 min dollar qazanacağını bildirib.

“İşsiz idim, pula ehtiyacım vardı, ona görə də razılaşdım. Həmin adamlar həm mənim, həm də pasportumun şəklini çəkdilər, bilet və viza işlərini həll edəcəklərini dedilər. Bir-iki gün sonra onlarla görüşüb işin gedişatı ilə maraqlandım. Özünü “Zea”kimi təqdim edən şəxs mayın 7-də mənə viza, Bakıya gediş-dönüş biletini və aparacağım çemodanı verdi. Bakıda “Swan” hoteldə qalacağımı, çemodanı oradan gəlib götürəcəklərini dedi”- braziliyalı bildirib.

Ən qəribəsi odur ki, çemodanın içi bomboş olub. Boş çemodanı Bakıya aparmaq üçün Yulio Sezara o qədər pul görəsən nədən ötrü vəd edilib?

Sezarın ifadəsinə görə, bu sual elə onun özünü də maraqlandırıb. Bu haqda “Zea”dan soruşduqda deyib ki, guya çemodan xüsusi materialdan hazırlanıb, ona görə də olduqca çox əhəmiyyətlidir. “Zea”nın “açıqlama”sından sonra Sezar şəxsi əşyalarını həmin çemodana yığaraq San Paolodakı aeroporta yola düşüb.

Təyyarə ilə əvvəl Efiopiya, oradansa Qətərin Doha şəhərinə gəlib. Haca limanında dörd-beş saat gözlədikdən sonra saat təxminən 08:00 radələrində Bakı-Doha aviareysi ilə Azərbaycana uçub. Bakıya çatdıqdan sonra gözləmə zalında oturub və baqajının gəlməsini gözləyib. Bir qədər sonra baqajını da götürüb gömrük nəzarətinə yaxınlaşıb. Baqaj monitordan keçdikdən sonra şəxsi əşyalar boşaldılıb, çemodan isə rentgendən keçirilib. Rentgen keçirildikdən sonra Sezar yoxlama otağına dəvət edilib.

 “Çemodanın kənar hissəsindəki boltlar açıldı, kaprondan olan yerlər sındırıldı. Həmin yerlərdə falqaya bükülmüş kokain aşkarlandı. O maddənin nə olduğunu bilməmişəm. Onun içərisindən xəbərsiz idim. Çemodanı Bakıda hoteldə məndən təhvil alan şəxs 5 min dollar verəcəkdi. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişəm, narkotik vasitə daşıyıcısı olmamışam”,-braziliyalı Sezar məhkəmədə deyib.

Məhkəmə prosesi davam edir.(virtualaz)

İnarə Rafiqqızı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam