Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Bu gün Ümumdünya Hepatit Günüdür

 

Bu gün 28 iyul – Ümumdünya Hepatit Günüdür.

Yenixeber.org: Məlumata görə, 2010-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Hepatit Birliyi (DHP) tərəfindən 28 iyul bütün dünyada insanların diqqətini hepatit xəstəliyinə çəkmək məqsədilə “Dünya Hepatit Günü” kimi təyin olunmuşdur. Bu günün məhz iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətə görə Nobel mükafatına layiq görülən professor Baruch Blumbergin anadan olduğu tarixlə bağlıdır.

Bu tarix “Ümumdünya Hepatit Günü”qlobal ictimai səhiyyə problemi olaraq bilinən hepatit xəstəliyi barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı maarifləndirmə və profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir.

Gigiyena qaydalarına diqqət edilmədiyi zaman çox sürətlə yayılan hepatit xəstəliyinin 7 novu var. Hepatit A, Hepatit E, Hepatit F virusları qida maddələrinə bulaşaraq insan orqanizminə daxil olur. Hepatit B, Hepatit C, Hepatit D, Hepatit G virusları isə müxtəlif təmaslarla insan orqanizminə bulaşır. Hepatit C Virusu (HCV), bu virusların içərisində ən təhlükəlisi hesab edilir.

ÜST-nin yeni çərçivə proqramındakı prioritetlərin birincisi olan hepatit xəstəlikləri ilə mübarizə aparmaq üçün Azərbaycanda da çox əhəmiyyətli işlər görülür. Xəstələrin müalicəsi üzrə klinik protokolun hazırlanması, xəstələrin dəqiq qeydiyyatının aparılması, müayinələrin nəticələrindən asılı olaraq, xəstələrin ambulator və stasionar müalicəsinin klinik protokola uyğun təşkilinə nəzarət edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam