Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda viruslu hepatitlərə yoluxma halları azalıb

 

Dünyada hepatit xəstəliyinə tutulma hallarının artımına baxmayaraq, Azərbaycanda bu sahədə olan vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.

"Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, həyata keçirilən tədbirlər, o cümlədən, əhali arasında aparılan maarifləndirmə, təbliğat işləri, səhiyyə müəssisələrində təhlükəsizlik və digər addımlar sayəsində ölkədə viruslu hepatitlərə yoluxma halları illər üzrə müqayisədə aşağı düşüb.

Hepatit xəstəliyinin müayinə və müalicəsi, həmçinin ondan qorunma istiqamətində ölkədə vəziyyətin yaxşılaşdırılması məqsədilə Səhiyyə Nazirliyində Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya yaradılıb. Həyata keçirilən tədbirlər çərçivəsində hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilmiş, şəhər, rayon tibb idarə və müəssislərinin rəhbərlərinə virus hepatitli xəstələrin planda qeyd olunmuş müayinələrin nəticələrinə əsasən komissiyaya göndərilməsinə dair tapşırıqlar verilib.

Komissiyanın rəyi əsasında virus hepatitli xəstələrin müvafiq dərman preparatları ilə və eləcə də müəyyən edilmiş tibb müəssisələrinin lazımi avadanlıqlarla təminatı ilə bağlı tədbirlər həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam