Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ADY-nın dəstəyi ilə Hepatit B və Hepatit C viruslarının müayinəsini aparılıb

ADY-nın dəstəyi ilə Hepatit B və Hepatit C viruslarının müayinəsini aparılıb

 

Yenixeber.org: 28 iyul – Ümumdünya Hepatit Günü münasibətilə Referans Klinik Laboratoriya Mərkəzinin, LOR hospitalının və “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə Bakı dəmir yolu vağzalında, könüllülük prinsipi əsasında, təmənnasız olaraq, Hepatit B və Hepatit C  virusunun ekspress metodla təyini aparılıb.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, tədbirin keçirilməsində məqsəd əhalinin maariflənməsində və bu təhlükəli virusların ilkin müayinəsinin aparılmasında, bir səhiyyə  qurumu olaraq, öz töhfəsini verməkdir.

 

Xatırladaq ki, 2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hepatit Birliyi  tərəfindən bütün dünyada insanların diqqətini hepatit xəstəliyinə yönəltmək məqsədilə, 28 iyul Ümumdünya Hepatit Günü  elan olunub. Bu günün məhz iyulun 28-də qeyd olunması Hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətinə  görə Nobel mükafatı alan professor Barunch Blumberqin  anadan olduğu tarixlə bağlıdır.

 

Aksiya çərçivəsində 100-ə yaxın vətəndaşda Hepatit B və Hepatit C virusunun ekspress metodla təyini aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam