Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Azyaşlıya siqaret verənlər cəzalandırılacaq -VİDEO

 

Yenixeber.org:  İki yaşlı uşağa danışmaqdan qabaq siqaret çəkmək öyrədilib. Sözləri aydın tələffüs edə bilməyən körpə böyük insanlar kimi barmaqlarının arasına siqareti alıb, hətta tüstüsünü üfürür. 

 “Xəzər xəbər”ə istinadən xəbərə görə, təəssüf və təəccüb yaradan bu görüntülər rayonlardan birində qeydə alınıb.

Həkimlər deyirlər ki, uşağın nəinki siqaret çəkməsi, hətta siqaret çəkilən bir mühitdə olması da onun sağlamlığına ciddi təhlükə yaradır.

İnsanlar belə şəxslərə qarşı ictimai qınağı vacib hesab edirlər.

Hüquqşünas Xəyal Bəşirli qeyd edir ki, qeydə alınan bu fakta görə valideyn İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən məsuliyyət daşıyır. Çünki bu halda valideyn və ya valideyni əvəz edən şəxs uşağın təlim-tərbiyəsının yerinə yetirilməsi qaydalarını pozub və o, 60-100 manat arasında cərimə edilə bilər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam