Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Yermakdan YENİ XƏBƏR:cəbhəyə gedir 

yermak-cebheye-gedir

Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak  istefa verdikdən bir neçə saat sonra ön cəbhəyə getdiyini bəyan edib. 

Yenixeber.org: Bu barədə “New York Post” nəşri məlumat yayıb. 

“Mən cəbhəyə gedirəm və hər cür repressiyalara hazıram. Dürüst və vicdanlı insanam”, - o yazıb.

Bununla belə, Prezident Administrasiyasının keçmiş rəhbəri Rusiya ilə müharibənin ön cəbhəsinə necə və nə zaman getmək niyyətində olduğunu açıqlamayıb: “Məni rüsvay etdilər və 24 fevral 2022-ci ildən Kiyevdə olmağıma baxmayaraq, ləyaqətimi qorumadılar. Buna görə də Zelenskiyə problem yaratmaq istəmirəm - cəbhəyə gedirəm. Ukraynaya xidmət etdim, bəlkə, yenə də görüşəcəyik”.

Yermak ona qarşı olan çirkinlikdən hiddələndiyini, həqiqəti bilənlərin dəstəyinin olmamasını isə daha böyük nifrət doğurduğunu qeyd edib. 

Qeyd edək ki, Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu (SAP) ötən gün Andrey Yermakın evində axtarış aparıb.

Xatırladaq ki, o, 2020-ci ilin fevralından sözügedən vəzifədə çalışırdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam