Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Zelenskinin reytinqi kəskin enir -SƏBƏB

Ukraynada skandal – Korrupsiya Zelenskini “vurdu”

Ukraynada davam edən korrupsiya qalmaqalı fonunda Volodimir Zelenskinin ikinci müddətə namizədliyini irəli sürüb-sürməməsi barədə müzakirələr gedir.

Yenixeber.org: Məlumata görə. "Politico" yazır ki, prezident ətrafında olan şəxslər Zelenskinin reytinqinin kəskin enməsi və korrupsiya böhranının dağıdıcı təsiri səbəbindən onun yenidən seçkiyə qatılmasının məqsədəuyğun olmadığını düşünürlər.

Məlumata görə, yaranmış vəziyyət Zelenskinin yenidən seçilmək şansını zəiflədir və potensial rəqiblərin mövqelərini gücləndirir.

Qeyd edək ki, 10 noyabrda Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu (SAP) “Enerqoatom” dövlət şirkətində genişmiqyaslı axtarışlar aparıb.

NABU rəsmiləri bildiriblər ki, istintaq “yüksək səviyyəli cinayətkar təşkilatın” fəaliyyətini ifşa edib, həmin qrup “Enerqoatom”da 10–15% həcmində “otkat” tələb etməklə çoxşaxəli korrupsiya sxemi qurub. İzah edilib ki, illik dövriyyəsi 200 milyard qrivnədən çox olan strateji şirkətə faktiki olaraq rəsmi rəhbərlik deyil, kənar şəxslər nəzarət edirmiş.

Zelenski də qalmaqala münasibət bildirərək, korrupsiya ilə mübarizədə real və nəticəli addımların Ukrayna üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam