Rusiyanın bu neft emalı zavoduda fəaliyyətini dayandırdı -SƏBƏB
Rusiyanın ən böyük şirkətlərindən biri olan “Rosneft”in Ryazan neft emalı zavodu noyabrın 15-də Ukraynanın PUA hücumundan sonra xam neft emalını dayandırıb.
Yenixeber.org: Bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
"Neft emalı zavodunun ayın sonuna qədər fəaliyyət göstərməyəcəyi gözlənilir. Dekabrın 1-dək neft məhsullarının yüklənməsi nəzərdə tutulmayıb", - nəşrin mənbələri bildirib.
Vurğulanıb ki, dron hücumu nəticəsində baş verən yanğın Ryazan neft emalı zavodunu illik gücü 8 milyon tondan çox və ya zavodun ümumi gücünün 48%-ni təşkil edən əsas xam neft emalı blokunu bağlamağa məcbur edib.
Xatırladaq ki, daha öncə PUA hücumu nəticəsində Saratovdakı neft emalı zavodu da fəaliyyətini dayandırıb.










AZ
RU