Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

MOSSAD İrana müdaxilə edə bilər...

MOSSAD İrana müdaxiləyə hazırdır

İsrailin MOSSAD kəşfiyyat xidməti İranda yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının dəqiq yerləşdiyi barədə məlumata malikdir və Tehran bu ehtiyatlardan istifadə etməyə cəhd edəcəyi halda müdaxiləyə hazırdır.

Yenixeber.org: Bu barədə The Jerusalem Post anonim mənbələrə istinadən məlumat yayıb.

MAQATE-nin açıqlamasına görə, ABŞ və İsrailin iyun ayında həyata keçirdiyi aviazərbələrədək İranda 60%-ə qədər zənginləşdirilmiş 440,9 kiloqram uran olub ki, bu da silah istehsalı üçün lazım olan səviyyəyə çox yaxındır. MOSSAD ehtiyatların yerini bildiyini və Tehranın hər hansı “təhlükəli addımı”na cavab verməyə hazır olduğunu bəyan edib.

Ötən həftə İranın xarici işlər naziri Abbas Əraqçi qeyd edib ki, aviazərbələrdən sonra yüksək dərəcədə zənginləşdirilmiş uranın bir hissəsi dağıntılar altında qalıb. MAQATE isə bu vəziyyətin İranın nüvə fəaliyyəti üzərində nəzarətin itirilməsinə səbəb olduğuna görə ciddi narahatlıq ifadə edib.

İsrail müdafiə qurumlarından sızan məlumatlara görə, hətta Tehran dərhal nüvə proqramının zədələnmiş komponentlərini bərpa etməyə başlasa belə, nüvə silahı istehsalına cəhd etmək üçün azı iki ilə ehtiyacı olacaq.

"The Jerusalem Post" yazır ki, MOSSAD rəhbəri David Barnea 12 günlük xüsusi əməliyyat zamanı İrana yüzlərlə agent göndərib. Onların arasında İran dissidentləri də olub. Əməliyyatlar nəticəsində radar platformaları, ballistik raketlər və digər hədəflər aşkar edilib və sonradan İsrail Hərbi Hava Qüvvələri həmin obyektlərə zərbələr endirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam