Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

"Rusiya Ukrayna tərəfinə 7 mindən çox hərbçinin cəsədini təhvil verib"

Rusiya Ukraynaya daha 1000 hərbçinin meyitini təhvil verib

Rusiya Ukrayna tərəfinə 7 000-dən çox hərbçinin cəsədini təhvil verib.

Yenixeber.org|: Bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski İstanbulda Ukrayna ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya, Ukraynaya siyasi, humanitar və hərbi məsələlər üzrə fəaliyyət göstərəcək üç işçi qrupunun yaradılmasını təklif edib. Bu qruplar onlayn formatda işləyəcək.
Medinski deyib ki, tərəflər hər biri üzrə azı 1200 hərbi əsirin qarşılıqlı qaytarılması barədə razılığa gəliblər. Həmçinin Rusiya tərəfi əlavə olaraq daha 3 000 ukraynalı hərbçinin meyitinin qaytarılmasını təklif edib. Əgər Ukrayna tərəfi Rusiya hərbçilərinin cəsədlərini təqdim edə bilsə, bu rəqəm artacaq.
"Ukrayna texniki cəhətdən cəsədləri qəbul etməyə hazır olduqda, onların təhvil verilməsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçiriləcək", - rusiyalı diplomat qeyd edib.
Medinski həmçinin qeyd edib ki, Ukraynada saxlanılan Kursk vilayətinin mülki sakinlərinin statusuna da aydınlıq gətirilməlidir. Onun sözlərinə görə, razılaşdırılmış 101 bənddən bəziləri yerinə yetirilməyib və Kurskdan olan bütün mülki şəxslər hələ də evlərinə qayıtmayıb.
Diplomat Putin və Zelenski arasında görüş ehtimalına da münasibət bildirib.
"Liderlər arasında görüş yalnız bütün detallı işlər yekunlaşdırıldıqdan sonra baş tuta bilər. Belə bir görüş ancaq o zaman məna kəsb edər ki, prezidentlər sülh prosesində yekun qərar verməyə hazır olsunlar", - Medinski vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam