Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

RUSİYADA AZƏRBAYCANLILARA QARŞI REPRESSİYALAR GENİŞLƏNİR –Saxta ittihamlar, həbslər, zorakılıq...

Rusiyada yaşayan azərbaycanlılara qarşı repressiyalar daha sistemli və geniş coğrafiyada həyata keçirilir.

Yenixeber.org: Mediada və sosial şəbəkələrdə yayılan məlumatlara görə, saxta ittihamların “çeişidli” və həbslər artır.

Belə ki, Leninqrad vilayətində tanınmış azərbaycanlı iş adamları Vüsal Orucov, İbadət İsmayılov, Asif Allahverdiyev və Ərəstun Talıbov FSB tərəfindən polisə rüşvət vermək bəhanəsi ilə həbs olunub. Həmçinin, Nijniy Novqorod şəhərinin aeroportunun polis rəisi Namiq Musayev də həbs edilib.

Bundan əvvəl Tver şəhərində 9 nəfər azərbaycanlı iş adamı "mütəşəkkil cinayətkar dəstə yaratmaq" və digər ağır ittihamlarla saxlanılıb. Yerli mətbuat onların 12-20 il azadlıqdan məhrum edilmə cəzası ala biləcəyini yazır.

Sosial mediada Moskva bazarlarında OMON-un azərbaycanlıları kütləvi şəkildə həbs edib avtobuslara doldurmasının görüntüləri yayılıb. Rusiyanın müxtəlif şəhər və vilayətlərində azərbaycanlıların həbsi, zorakılığa məruz qalması və deportasiya olunması hallarının davam etdiyi bildirilir. Eyni zamanda Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracına süni məhdudiyyətlər tətbiq olunur.

Məlumatlara görə, azərbaycanlılara qarşı təqib etnik əsasa dayanır və Rusiyanın Daxili İşlər Nazirliyi, onun xüsusi təyinatlı bölmələri - SOBR və OMON, həmçinin Rusiya İstintaq Komitəsi, prokurorluq və məhkəmə orqanları bu əməliyyatda yaxından iştirak edir. Bu kampaniyanın ölkə üzrə koordinasiyasını Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) həyata keçirir və Prezident Vladimir Putinin şəxsi rəhbərliyi altında olduğu güman edilir.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam