Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Nazir Məcnun Məmmədov Hollandiyada 3-cü KURSDA TƏHSİL ALIR? -İLGİNC

Nazir Məcnun Məmmədov Hollandiyada

Əldə etdiyimiz məlumata görə Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Hollandiyada Wageningen Universiteti və Araşdırma (WUR) (Wageningen university&research) institutunda təhsil alır. Nazirin hazırda 3-cü kursda təhsilini davam etdirdiyi bildirilir.

Yenixeber.org: Qeyd edək ki, Nazir Məcnun Məmmədov 2024-cü ilin iyul ayında Niderlandda səfərdə olub və burada Wageningen Universiteti və Araşdırmalar, o cümlədən digər institutlarla tanış olub. Səfər zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın araşdırılması və bu sahədə fikir mübadiləsi aparılıb. Wageningen Universiteti və Araşdırmalar insitutu kənd təsərrüfatı və meşəçilik sahəsində dünyada 1-ci yerdədir.

Nazir bu səfəri ilə bağlı 2024-cw ildə X hesabında paylaşım da edib.

Pakistanın Pəncab Əyalətinin paytaxtı Lahorda yerləşən LUMS – Lahor İdarəetmə Elmləri Universitetinin rəsmi səhifəsində qeyd olunub Azərbaycanın Kəndə Təsərrüfatı Naziri Məcnun Məmmədov hazırda Wageningen Universiteti və Tədqiqat və TIAS Biznes və Cəmiyyət Məktəbinin birgə proqramı olan Qida və Aqrobiznes üzrə Executive MBA dərəcəsini davam etdirir.

Yazıda həmçinin qeyd olunur ki, LUMS-da Məmmədov LUMS Sahibkarlıq Cəmiyyətində, LUMS Macəra Cəmiyyətində və LUMS Səyyahlar Cəmiyyətində fəal iştirak edib. Universitet Məmmədova gələcək fəaliyyətində uğurlar arzulayır.
Bu paylaşım 2023-cü ildə saytda paylaşılıb. 2025-ci ildə Nazir artıq 3-cü kursda təhsil almalı idi. Nazir Məcnun Məmmədovun bu təhsilə distant (online), yoxsa əyani şəkildə qatıldığını dəqiqləşdirmək üçün nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovla əlaqə saxladıq. Vüqar Hüseynov Ajans.az-ın sorğusuna cavab olaraq bildirdi ki, nazir hazırda Hollandiyada təhsil almır. Amma nazirin bu günə qədər təhsilə distant (online) olaraq qatılması, yaxud dərslərdə iştirak etmək üçün Hollandiya gedib-gəlməsi barədə suallarımız cavabsız qaldı. Maraqlıdır ki, Aərbaycan və Pakistanda təshil alan Nazir Məcnun Məmmədovun Hollandiyada təhsil alma zərurəti nədən yaranıb və hansı səbəbdən nazir təhsilini yarımçıq qoyub?(Ajans.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam