Yenixeber.org: Bu barədə “New York Times“ qəzeti məlumat yayıb.
Məlumata görə, Trampın köməkçiləri Texasdakı Fort Bliss hərbi bazasından başlamaq qərarına gəliblər.
Bazanın əsasında yaradılan deportasiya mərkəzi 10 minə qədər qeyri-qanuni immiqrantı qəbul edə biləcək.
Miqrantlar orada ABŞ-dən deportasiya olunmalarını gözləyəcəklər. Nəşr qeyd edir ki, Texas bazası digər hərbi obyektlər üçün nümunə rolunu oynayacaq.
Qəzetin məlumatına görə, qeyri-qanuni mühacirlər üçün belə saxlama mərkəzləri ondan çox ştatda təşkil edilə bilər.