Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

SÖZ” KƏŞFİ

 

 

 

 

 

”SÖZ” KƏŞFİ

Birinci hissə

 

Yenixeber.org: SÖZ-əşya,hadisə,proses və xassələrin adını bildirən ən mühüm,struktur-semantik dil vahidi;səs toplusu ilə işarənin bildirdyi məna əlaqəsi, vəhdəti. Quruluşca SÖZlər morfemlərdən ibarətdir.SÖZlər sadə,düzəltmə və mürəkkəb olur.

SÖZDÜZƏLTMƏ formal üsulla birköklü sözlərdən və ya söz birləşmələrindən düzəldilən yeni sözlərin yaranma prosesi (ASE-cild VIII,səh.595.596).

ƏDƏBİ NÖV-həyat hadisələrini təsvir üsuluna görə oxşar ədəbi əsərlər qrupu. Səciyyəvi cəhətləri yaxın olan ədəbi əsərlər quruluşca bir-birindən fərqli 3 növə bölünür: lirika,epos,dram(ASE-cild ıv,səh.138).

ƏDƏBİ tənqid-bədii əsərin tıhlili və qiymətləndirilməsi, bu və ya digər ədəbi cərəyanın yaradıcılıq prinsiplərinin müəyyənləşdirilməsi və təsdiqi.Ədəbi tənqid həyatla İctimai mübarizə ilə,dövrün fəlsəfi və estetik ideyaları ilə sıx bağlıdır (həmin c. həmin səh.).

Azərbaycanda professonal ƏDƏBİ tənqidin yaranması M.F.Axundovun adı ilə bağlıdır.Onun realist ədəbi estetik görüşləriniH.B.Zərdabi,N.Nərimanov,F.B.Köçərli,C.Məmmədquluzadə,C.Hüseyn, Abdulla Şaiq davam etdirmişdir (həmin c.həmin səh).

 

İkinci hissə

 

KƏŞF- təbiət və cəmiyyət haqqında elmi biliklər sahəsində əldə edilən yeni nailiyyət. İnsan cəmiyyətinin inkişafında ədəbiyyat -nəsr, poeziya, dramaturgiya,publisistika sair elm sahələri ilə paralel inkişaf edir. Ədəbiyyatın mənşəyi şifahi xalq yaradıçılığından başlayır.Yazı və kitab çapı meydana çıxandan sonra ədəbiyyat deyildikdə, məhz yazıda maddiləşmiş əsərlər anlaşılmışdır. Ədəbiyyat tədricən musiqidən, deklamasiyadan,rəqsdən,teatrdan ayrılaraq müstəqil incəsənət növünə cevrilmişdır.

Müasir dövrümüzdə söz kəşfi ilə məşğul olanlar yazıçılar və şairlərdir.Bu sahələrə xidmət edənlər insan cəmiyyətinin inkişafını kifayət həcmdə dərk etdikdən,duyduqdan sonra yeni söz və məzmun kəşf edə bilirlər.

Bu kimi şairlərin yaradıcılığına diqqət yetirdikdə yuxarıda qeyd edilənlər daha aydın görünür.Əvvəlcə yaxşı tanıdığım şair və kommersiya işləri ilə məşğul olan Şəmsi Vəfadarın yaradıçılığına diqqət yetirək. “Məni çoxdan öldürüblər...” şeirində yazır:

Ağladıblar,güldürüblər,

Tikə-tikə böldürüblər,

Məni çoxdan öldürüblər...

Gəzməyimə baxma mənim.

 

“Qarımış türmə divarları...” şeirində yazır:

Sənli xatirələr büküb boynunu,

Qəlbimdə arzular solub gül kimi,

Hara üz tuturam çarəsiz dərdlər,

Ələnir başıma göydən kül kimi.

Göründüyü kimi şeirdə söz çatışmazlığı, söz uyğunsuzluğu hiss olunmur,təkrarçılq yoxdur, oxunduqda oxucınun dili sınmır. Şeir olduqca axıcı, mənalı,həm də qəlb ağıdan sızıltıli-göynərti ilə yazılmışdır.

Şair olmasam da Şəmsi Vəfadarın qəlb agrıdan şeiri məni yerimdən tərpətdi.”Bu diyarda” adında 55 misradan ibarər müxəmməs yazdım. Həmin müxəmməsdən beş misra:

Cismim yoxdur,varam qəlbdə”Məni coxdan öldürüblər”,

Qaranlıq bir zirzəmidə, incidiblər, dindiriblər,

Behbud altda, kötük üstə,o, dünyanı gördürüblər,

Son imtahan-daş əzəndə,çınqıl kimi üyüdüblər,

İz-soraqsız insan itər,haqq olmayan bu diyarda.

Qeyd etdiklərim onu göstərir ki, həyatı duymaq və müəyyən edilmilmış qaydalar üzrə, insanlarla hesablaşmaq lazımdır. Mən elə güman edirdim ki, başa düşdüyüm sahələrdə onu mühafizə edə biləcəyəm. Təəssüf ki, bu mümkün olmadı.Mənə qalan həyatı,gedişatı duymaq, acı xatirələri şeirlə izhar etmək qaldı. Ondan inciyib,küsüb ayrıldım.

Qərb ölkələrinin şairləri isə şeirin sərbəst vəznindən istifadə edirlər.Azərbaycanın şairləri isə şeirin belə yazılış

formasından az istifadə edir və yaxud edə bilmirlər. Ustad Bəxtiyar isə sərbəst vəzndə elə şeir yazıb ki, sanki, şeir yazılışında yeni bir forma kəşf etmişdir. B.Vahabzadə yazmışdır:Hec üzümə baxmadan yanımdan necə keçdin?

Sən eşqin salamını qorxuyamı dəyişdin?

Yoxsa sən öz əhdinə,ilqarına ağ oldun?

Q qədər yaxın ikən, bu qədər uzaq oldun.

Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?

 

Bir günlük həsrətimə dözə bilməyən gülüm,

Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?

Getdin, dalınca baxdım,can ayrıldı canımdan,

Sən necə etinasız otə bildin yanımdan?

Ah cəkdim, başım üstə yarpaqlar əsdi gülüm,

Sənin qəlbin əsmədi. Arxana da baxmadın!

Niyə sənin yoluna məhəbbətin baxmadı?...

Qazancımız de, bumu?

Deyilməmiş o salam əlvidamız oldumu?

Sən mənə zülm elədin,mənə zülm yaraşır,

Bir salama dəyməyən eşqə ölüm yaraşır!

Bəs Yavər Moranküllü şerin sərbəst vəzn formasından necə istifadə edir? Keyfiyyətinə,məzmunua diqqət yetirək. O,yazır:Qorunmaqçün şeytanların,

İblislərin kələyindən,

İkiəlli,sidq-ürəklə

yapış qardaş

Yaradanın ətəyindən.

(birinci kitab səh.183).

Yavər müəllim Tanrı verən əvəzsiz istedad sahibi olduğunu şeiri ilə sübuta yetirib və misralaralarıyla vətəndaşlara həyatda yaşamaq ücün düzgün yol göstərib.

İndi isə onun “Ölümlə qonşuyam...” adlı 12 misralıq qoşmasından səkkiz misrasına diqqət yetirək. O,yazır:

Ayrıldım, bir eşqin xətrinə getdim,

Taleh qismətimi bölənə kimi.

Ümidim asılıb dar ağcından,

Qismətim üzümə gülənə kimi.

 

Bir iblis yol güdür quru çanaqda,

Bir sevda qəhr edib yubanacaq da.

Kirayə qaldığım “dayanacaqda”,

Ölümnən qonşuyam ölənə kimi.

(birinci kitab səh. 65).

Mən oxucu şairdən onda razı qalıram ki, şeiri oxuyanda dilim sınmasın,dərin və təkrarsız fikir kəsb etsin. Bu mənada ən çox sevdiyim şairlərdən biri də Yavər Moranküllüdür.

Şəxsən yaxşı tanıdığım və ona şerlər həsr etdiyim,filologiya elmləri namizədi İbrahim Nəsir oğli Quliyev haqqında. Onun məndə “Dar ağacı” adında bir şeirlər kitabı var.Diqqətimi cəlb edən şeirlərindən parçaları kitabıma

köçürmüşəm. Bu çıxışımda onun “DİLƏNÇİ” şeirindən dörd dördlüyü oxucuların diqqətinə catdırıram:

Əllərin uzandı əlimə sarı,

Gözlərin gözümə dikildi yenə.

Üzündə dilənçi yalvarışları,

Qazancın dəydimi itirdiklərinə?!

 

Sıxdı pəncəsində bir niskil məni,

(O qəm sızlayacaq yüz ii içimdə).

Əl açıb önündə qara qul kimi,

Sən qəpik diləndin qızıl içində.

 

Nələr pıçıldadı soyuq gözlərin?!

De,harda itirdin öz haqqını sən?!

Hanı yer üzündə xəzinələrin,

Hanı torpaq altda yatan dəfinən?

 

Əyilmə önündə,əyilmə belə,

Qaldır yumruğunu haqq yoluna çıx.

...Əl açıb yollarda dilənənlərə,

Nə çörək verilir, nə də azadlıq.

(səh.23).

Şeir bir oxucu kimi məni qane edir. İnsanı mübariz olmağa səsləyir ,dəyərli kəlamları ilə oxucunu yormur ,şeirdə söz kasadlığ, söz uyğunsuzluğı hiss olunmur,sözlər elə seçilib ki, şeir oxunuşunda oxucunun dili sınmır.”Sən qəpik diləndin qızıl içində” misrası isə nələri anlatmır,nələri demir... İbrahim Nəsir oğlu şeir tarxində öz dəsti xətti ilə

seçilən, kəlamlar yaradan, SÖZ kəşf edən,zamanının korifeyidir.

Soruşula bilər ki, bu kimi seçmələr nəyə lazımdır.Təqribən üç il bundan qabaq Ş.Vəfadar bir nəfər yaxını vasitəsilə mənə yeni nəşr etdiyi bir sıra kitablar göndərmişdi.Həmin kitablardan biri Kərəm Qurbanovun “Seçilmiş şeirlər” kitabı idi. Kitabın əvvəlində ”DEYİR: ”MƏNİ TƏRİFLƏMƏ” və “KİM GƏLDİ, SİZ ”MÜƏLLİM DEMƏYİN” kimi şeirlər verilmişdi.Bu iki şeirlə elə güman edirdim ki,şeir dünyasına ikinci bir ustad Bəxtiyar və Ramiz Məmmədzadə kimi şəxsiyyətlər gəlib. Bu iki şeir yaralı yerlərimə toxunurdu.Mövzu yaxşı seçilsə də, şeirlər dolğun, məntiqli, dərin məzmunlu olmaqla yanaşı insanlara nəsihətverici kəlamlarla yox, kəlmələrlə də zəngindır.Ancaq əksər şeirlərdə,xüsusiylə qafiyələrdə axıcılıq kifayət qədər deyil, oxunuşda dil sınır və qisası sözlər bir-rilərilərinə yapışmırlar. Şeirlərdən gürünür ki, şairin söz ehtiyatı kifayət qədər olmasına baxmayaraq ondan yetərincə istifadə olunmamışdır.

Qəflətən yıxıldığımdan bud sümüyümdə çat əmələ gəlmiş və iki ildən çoxdur küçəyə çıxa bimirəm. Bu ilin 29 ynvar tarixində özümə “Şikəstin fəryadı “ adında qoşma tipli şeir yazıb “Xeberinfo.com” saytına ötürdüm.”Axıcılığın itirilməsi, söz uyğunsuzluğu və oxunuşda dilin sınması” kimi neqativ halların olmaması orada aydın görünür.

Titrəmə əllərim,tor görmə gözüm,

Küllənmə ocağım ,səngimə közüm,

Tükənmə hövsələm,var hələ sözüm,

Kövrəlmə kəlməni deyərsən yazar.

Yəni sözlərin hamısı ismin eyni halında olarsa oxucu şeirlə maraqlana bilər. Həmin şeirin saytda dərc olunmasından 49 gün keçməsinə baxmayaraq hələ də oxunur(7310 nəfər oxucu tərəfindəm mütaliə olunub) Mən şeirin bu formada yazılışı barədə şeir ustadı Yavər Moranküllüyə (Cəlilabad rayonu) təxminən 2012-ci ildə məktub yazsam da cavab ala bilmədım.

Şəxsən mən şair deyiləm və onunla da məşğul olmuram. Yaşadığım mühit məni hədsiz incidəndə,çıxılmaz vəziyyətə salanda və ağrıdandan bir müddət keçəndən sonra qələm gəlib əlimə keçir.Qafiyə barədə də düşünmürəm.Tanrı da qələmi elə nizamlayır ki,qafiyə də öz yerini tutur.

Hörmətli Kərəm bəy, şeirlərinizdə müsbət cəhətlərinizi göstərməklə Sizi cüzi formada tənqidim ücün məndən inciməyin. Mən şeir oxuyanam.Bu yazdıqlarım tək Sizə yox, cəmi şeir yazarlara aiddir. Dəyərsiz,kasıb qafiyələr xatirinə dəyərli misraları ucuzlaşdırmaq olmaz.Şairlər şeirləri özü üçün yox, oxucu kütləsi üçün yazırlar. Ədəbiyyatın ən yığcam,incə forması şeirdir.Hal-hazırda kim kitab dükanından kitab alıb oxuyur?

Mən istəyirəm ki, şair olan kəslər daha keyfiyyətli şeir yazsınlar və oxucular da oxuyub ləzzət alsınlar. İstərəm şeir yazarlar Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi dillər əzbəri olsunlar. Mən istərəm ki, gənc şairlər elə şeirlər yazsınlar ki, onların şeir kitabları oxucuların stolüstü kitablarına çevrilsinlər.

Kərəm bəy, kitabınız mənim maraq dairəmdədir. Kitabınız üçün ayrıca məqalə hazırlayıb dərc üçün“Xeberinfo.com” saytına ötürəcəyəm.

Quliyev Elxan Sarı o. mart 2018-ci il.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam