Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Həmkarlar İttifaqında gərginlik: İşçilər gec saatlaradək işlədilir, rəhbərlik “agent ovuna” çıxıb

Həmkarlar İttifaqında gərginlik: İşçilər gec saatlaradək işlədilir, rəhbərlik “agent ovuna” çıxıbprint

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən “Kurort” Turizm İnformasiya Mərkəzində əmək intizamı və iş rejimi ilə bağlı ciddi narazılıqlar yaranıb.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, müəssisədə çalışan işçilər hər gün axşam saat 21:00–22:00-dək iş başında qalmağa məcbur edilirlər. Üstəlik, əməkdaşların şənbə və bazar günləri də çalışmağa məcbur edildiyi iddia edilir.

Əməkdaşlara əvvəlcədən əlavə iş saatları üçün kompensasiya — yəni maddi ödəniş vəd edilsə də, son anda bu vəddən imtina olunub. Əvəzində işçilərə təzyiq göstərilərək, əlavə pul ödənişinin məzuniyyət günlərinin artırılması ilə əvəzlənməsini təsdiqləyən ərizə yazdırılır.

Əlavə olaraq Konfederasiyada qeyri-adi idarəçilik üsulları tətbiq olunur. Məlumata görə, AHİK sədri Sahib Məmmədov son aylarda “agent ovuna” çıxıb. O, işçilərə müəssisə daxilindəki məlumatların yayılmaması üçün “gizlilik öhdəliyi” adlı sənəd imzaladır və bu sənədə imza atmaqdan imtina edənlərə təzyiq göstərildiyi bildirilir.

Müşahidəçilər haqlı olaraq sual edirlər: AHİK bir QHT-dirmi, yoxsa xüsusi rejimli dövlət qurumu? Axı əməkhaqqı və sosial təminat hüquqlarının qorunmasını hədəfləyən bir təşkilat öz əməkdaşlarına bu cür yanaşmamalıdır.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, həftəlik iş vaxtı 40 saatdan artıq ola bilməz. Əlavə işə cəlbetmə yalnız əməkdaşın yazılı razılığı ilə və əlavə ödənişlə mümkündür. Bundan yayınmaqla işəgötürən qanun pozuntusuna yol verir və bu, İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə cərimə edilə bilər.(editor.az)

Qeyd edək ki, AHİK sədri Sahib Məmmədovdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam