Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü -ŞƏRH

 

İran Prezidenti Məsud Pezeşkianın Zəngəzur yolu ilə bağlı açıqlaması hakimiyyət daxilində məsələyə birmənalı münasibətin olmadığını təsdiqlədi.

Yenixeber.org: Bir neçə gün öncə hökumət başçısı Xarici İşlər Nazirliyinin əməkdaşları ilə görüşdə İslam Respublikasının qonşu ölkələr, o cümlədən Azərbaycan və Ermənistanla əlaqələrindən bəhs edib. Prezident deyib ki, qonşularla yaxşı münasibətləri varsa, İran rəsmiləri Zəngəzur dəhlizinin yaradılması ilə bağlı ciddi narahatlıq keçirməməlidirlər.

Pezeşkian fikrini belə davam etdirib: “Qonşular və region ölkələri ilə münasibətlərin, əməkdaşlığın genişləndirilməsinə kompleks şəkildə baxsaq, ölkənin şimal-qərbindəki sərhəd keçidləri problemi də daxil olmaqla, bəzi daha xüsusi məsələlər barədə narahat olmağa dəyməz. Biz qonşularla münasibətlərimizə sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatlarımızın geniş birləşməsi kontekstində baxmalıyıq”.

O, bu istiqamətdə həssaslığı azaltmalı və konstruktiv qarşılıqlı əlaqələrin genişləndirilməsi barədə düşünməyin vacibliyini vurğulayıb.

 

M.Pezeşkian İranın şimal-qərbindəki sərhəd keçidləri “əhəmiyyətsiz problemlər” adlandırıb. O, Zəngəzur yolu ətrafında İranda rəsmi, qeyri-rəsmi şəxslərin açıqlamalarına, KİV-də yayılan şərhlərə hökumətin münasibətini bildirib. Prezident bununla hakimiyyətdə bu layihəyə başqa baxışın olduğunu da nümayiş etdirib.

Müsəlman dövlətləri və qonşularla əlaqələri inkişaf etdirmək, genişləndirmək planı yeni deyil. Bunu 13-cü hökumətin başçısı, 2024-cü ildə helikopter qəzasında ölən Prezident İbrahim Rəisi həyata keçirməyə başlamışdı. Çünki İslam Respublikası ilə qonşular və müsəlman ölkələri arasında münasibətlər heç də normal deyildi. Səudiyyə Ərəbistanı ilə pozulmuş münasibətlərin onun prezidentliyi dövründə bərpası buna misaldır. İranın Əfqanıstan və Pakistanla münasibətləri də birmənalı şəkildə yüksək və ya arzuolunan şəraitdə deyil. Son zamanlar İslam Respublikasına sığınmış əfqanıstanlı qaçqınların geri qaytarılması, iki ölkə arasında həll edilməyən su problemi, sərhəddə qarşıdurmalar buna örnəkdir.

İran hakimiyyətinin münasibəti hələ də normallaşmayan qonşu və müsəlman dövlətlərdən biri də Azərbaycandır.

Hadisələr göstərir ki, Tehranda iki ölkənin əlaqələrinin inkişafına daim mane olan güclü bir əl var. O, bütün istiqamətlərdə normallaşmaya qarşı çıxış edir.

Prezident Məsud Pezeşkian bu açıqlaması ilə həmin qüvvələri ölkənin başlıca problemləri ilə məşğul olmağa çağırıb. O, Azərbaycan və Ermənistanla münasibətlərin inkişafı üçün Zəngəzur yolu ilə bağlı hakimiyyət daxilində yaradılan maneəni “əhəmiyyətsiz” adlandıraraq bu məsələyə nöqtə qoyub. Çünki bir müddət əvvəl İran ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Şeyx Səfiəddin Ərdəbilinin anım mərasimi münasibətilə göndərdiyi mesajda Azərbaycan Respublikası və Zəngəzur yolu ilə bağlı məsələlərə də toxunaraq bunu ölkəsinin düşmənlərinin “geosiyasi layihə”si kimi dəyərləndirmiş və bildirmişdi: “Bu, müqavimət oxunu zəiflətməyə və İranın Qafqazla əlaqəsini kəsməyə yönəlmiş strateji plandır”.

Müşavirin qənaətincə, Zəngəzur layihəsi ilə İranın milli təhlükəsizliyinə zərər vurmağa çalışırlar : “İranı Qafqazdan ayırmaq və regionda İran və Rusiyanı mühasirəyə almaqdır”.

 

Sual olunur, Zəngəzur yolu İranı Qafqazdan necə ayıra bilər? Bu yol onun təhlükəsizliyinə və “müqavimət oxunu” necə təhdid edər?

Axı İranla Ermənistan arasında quru yolu mövcuddur. Bu yol onu həmin ölkədən ayırmır. Əksinə, perspektivdə daha da yaxınlaşdıra bilər. Zəngəzur yolu İranın təhlükəsizliyinə heç bir ziyan vurmur. Böyük ehtimalla ali rəhbərin müşaviri bu yoldan Qərb ölkələrinin də istifadə edəcəklərini düşünərək belə açıqlama verir. Halbuki Türkiyə NATO-nun on illiklərdir üzvüdür. İraqda ABŞ-nin dünyada ərazi və əməkdaşlarının sayına görə ən böyük səfirliyi fəaliyyət göstərir. Pakistanla ABŞ münasibətləri də yüksək səviyyədədir. Ötən gün Pakistanın neft ehtiyatlarının işlənilməsi üzrə Ştatlarla bu İslam Respublikası arasında saziş imzalanıb.

“Müqavimət oxu” adlandırdıqları iddialı "nəzəriyyə" Suriya, Qəzza, İraq, Livanda “hərəkatın liderlərinin” öldürülməsi, İranın maraqlarının o ərazilərdən çıxarılması ilə iflasa uğradı. Odur ki, qonşular və müsəlman dövlətləri ilə münasibətlərin inkişaf etməsinə mane olan əllərin bu kimi arqumentləri daha çox cəfəngiyyat xarakterlidir.

Zəngəzur yoluna qarşı çıxanların arxasında İran İslam İnqilab Keşikçiləri Qvradiyasının (Sepah) durduğu da sirr deyil. Çünki ölkədə bütün şəraitə o nəzarət edir. İranda islahatların aparılması, müsəlman dövlətləri ilə münasibətlərin qurulub, inkişaf etməsi onların hegemonluq, müsəlman dünyasının lideri iddiasına ziddir. Sepah İranın müsəlman dövlətləri üçün “böyük qardaş” rolunda çıxış etmək istəyir. Ona görə də bəzi islam ölkələrində özünün “Qüds” qolunun qüvvələri fəaliyyət göstərir. Bu əks-kəşfiyyat orqanı Suriyadan, İraqdan, Livandan çıxarılıb. Sepah “Qüds”ü yeridə bilmədiyi ölkələr üzrə İranda həmin dövlətlərdən qaçan vətəndaşlardan ibarət “təşkilat” qurur.

Zəngəzur dəhlizinə qarşı olanlar da Sepahın şinelindən çıxıblar, 40 ildən çoxdur onun reallıqdan uzaq ideyalarını təbliğ və müdafiə edirlər.

Məsud Pezeşkianın açıqlaması hakimiyyətdaxili və kənar islahatçı xəttin nümayəndələrinin fikrinin məcmu da sayıla bilər. Çünki İranda hakimiyyətdaxili mühafizəkar və islahatçı xətt arasında mübarizə bütün istiqamətlərdə davam edir. O, İran İslam Respublikası qurulan ilk gündən başlayıb. Elə prezidentlərin həmin siyasi xətlər üzrə bir-birini əvəzləməsi də bunun nəticəsidir. Ancaq Sepahın mühafizəkarları müdafiə etməsi, yaxud qvardiyanın bu xətdə olması islahatçıların uğur əldə etməsini daim əngəlləyir.

 

Mühafizəkar xəttin təmsilçilərindən olan keçmiş Prezident İbrahim Rəisi Zəngəzur yolunu “regionda NATO-nun mövcudluğu üçün platforma və ölkələrin milli təhlükəsizliyinə təhdid" hesab edirdi. Ancaq islahatçı Prezident Məsud Pezeşkian bu yolla bağlı yaradılan problemləri əhəmiyyətsiz sayır. Onun məsələnin həllinə dair sözügedən açıqlaması daha konstruktivdir.

Bu, hakimiyyət daxilində fundamental məsələlərə münasibətdə ziddiyyətlərin olduğunu göstərir. Yeri gəlmişkən, İranın nüvə proqramı üzrə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin, Rusiya arasında sonradan mühafizəkarların fəaliyyəti səbəbindən pozulan razılamalar da islahatçı prezidentlərin - Məhəmməd Xatəmi və Həsən Ruhaninin dövründə imzalanıb. Elə bu il ABŞ və İslam Respublikası rəsmiləri arasında birbaşa olmayan bir neçə raunddan ibarət danışıqlar da islahatçıların aktivinə yazıla bilər.

ABŞ və İsrailin İrana hücum etməsinin əsasında da Sepahın durduğu istisna edilmir. Çünki bu silahlı qruplaşma 40 ildən çoxdur Yaxın Şərqdə pozuculuq fəaliyyəti ilə məşğul olur. Odur ki, bu yolla bağlı indiyə qədər İranın mövqeyi kimi təqdim olunan açıqlamalar heç də Tehran hakimiyyətinin fikrini əks etdirmir. Elə Qərblə danışıqlara münasibət kimi.

Hakimiyyətdaxili xətlərarası ziddiyyət İranı dilemma qarşısında qoyur. Bu baxımdan, İran iqtidarı Zəngəzur dəhlizində yolayrıcında qalıb.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam