“Astananın mövqeyi bütün maraqlı tərəflər üçün məlum və başa düşüləndir”
Yenixeber.org: Qazaxıstan hakimiyyəti Rusiyanın beynəlxalq sanksiyalardan yan keçmək üçün ölkə ərazisindən istifadə etməsinin əleyhinədir. Bu barədə ölkənin xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.
“Qazaxıstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib, Rusiyaya qarşı sanksiyalara da qoşulmayıb. Eyni zamanda, biz istəmirik ki, ərazimiz sanksiyalardan yan keçmək üçün istifadə olunsun”, - deyə Vasilenko Polşanın RAR agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Astananın mövqeyi bütün maraqlı tərəflər üçün “məlum və başa düşüləndir”, həm Rusiyada, həm də Qərbdə anlayışla qarşılanır.
Vasilenko vurğulayıb ki, Qazaxıstan “ikinci dərəcəli sanksiyaların tətbiqini istəmədiyi üçün” embarqodan yayınılmaması üçün bütün lazımi tədbirlər görür.
Nazir müavini həmçinin qeyd edib ki, Astana və Moskva arasında ikitərəfli münasibətlərdə “heç bir problem” yoxdur, lakin “fərqli məsələlər” var: “Çünki iki qonşu dövlətin münasibətləri çox müxtəlifdir”.