Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Vətəndaş şikayətə getdi, məmur kabinetində gizləndi - Qalmaqallı direktorla sakinlər arasında qarşıdurma -FOTOLAR+VİDEO

Vətəndaş şikayətə getdi, məmur kabinetində gizləndi - Qalmaqallı direktorla sakinlər arasında qarşıdurma - VİDEO
Badamdar qəsəbəsində dövlət qurumlarının razılığı və müvafiq sənədləşmə olmadan təhlükəli ərazidə tikilən, yolu olmadığı üçün neçə vaxtdır sakinlərin narahatlığına səbəb olan Laçın qaçqın məktəbi ətrafında qalmaqal davam edir. Sakinlər iddia edirlər ki, vaxtilə məktəb qaçqın uşaqların təhsil alması bəhanəsi ilə gecə ikən qondarılıb. Elə o vaxtdan Səbail rayonu, 1-ci massiv, Topçubaşov küçəsi, 246 ünvanında yaşayan sakinlərin rahatlığı pozulub. Belə ki, onların dediyinə görə, məktəbə gedən yol bələdiyyədə işçiləri tərəfindən satılıb və onun yerində obyekt tikilib. Bir tərəfi uçurum olan, digər tərəfində obyekt tikilən məktəb faktiki olaraq, yolsuz qalıb.
 
Bakupost.az
Yenixeber.org: Sakinlərin dediyinə görə, onlar vaxtilə humanizm naminə direktor Piyalə Xudayarovanın xahişini nəzər alaraq, öz həyətlərindən məktəbə çığır ayırıblar. Ancaq bir müddətdən sonra direktor və müəllimlər həmin yoldan məktəbə avtomobillərlə gedib-gəlməyə başlayıblar. Bununla da sakinlərlə məktəb rəhbərliyi arasında problemlər yaranıb.
Bakupost.az
Qapılarının küçəyə açıldığını, evdə azyaşlı uşaqların olduğunu əsas gətirən sakinlər deyirlər ki, direktor və müəllimlərin onların həyətindən avtomobillə keçib getməsi uşaqların həyatına təhlükə yaradır. Bu səbəbdən dəfələrlə onlara məxsus həyətdən avtomobil yolu kimi istifadə edilməsinə etiraz etsələr də, məktəb rəhbərliyi buna məhəl qoymayıb.
Bakupost.az
Daha bir narazılıq isə məktəbin darvazasının qonşuluqda yaşayan Zəminə Zahirovanın evinə bərkidilməsidir. Ev sahibi iki ildir bununla bağlı məktəbin direktoruna, eləcə də müxtəlif dövlət qurumlarına müraciət etsə də, nəticəsi olmayıb.
Bakupost.az
Dünən isə Z.Zahirova, eləcə də digər sakinlər - Nadir və Təranə Zahirovalar məsələ ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İradəsində olublar. Onların dediyinə görə, ötən ilin sentyabrında İdarənin müdiri Fuad Bədəlov darvazanın söküləcəyini vəd etsə də, aradan 4 aydan çox vaxt keçməsinə baxmayaraq, bu vədə əməl olunmayıb.
Z.Zahirovanın sözlərinə görə, darvazanın evindən ayrılması üçün Səbail Rayon İcra Hakimiyyətinə, Elm və Təhsil Nazirliyinə, Prezident Administrasiyasına və digər qurumlara müraciət edib:
Bakupost.az
"Həmin qurumlardan məktub və cavab gəlsə də, nə Elm və Təhsil naziri Emin Əmrullayev, nə də Şərqi Zəngəzur Regional Təhsil İradəsinin müdiri Fuad Bədəlov şikayətimə cavab vermədilər. Məqsədin nə olduğunu başa düşmürəm. Sentyabr ayında yenidən məktubla müraciət etdim, dedilər ki, baxacağıq. Ancaq başımın altına yastıq qoydular. Dekabr ayında 3 dəfə Fuad Bədəlovun qəbulunda olmuşuq. Yanvarın 14-də yenidən İdarəyə getdim. Lakin dəhlizdə bizi qarşılayan səlahiyyətli şəxs dedi ki, bu gün qəbul olmayacaq. Dedim, əgər qəbul yoxdursa, onda saytdan qəbul günü ilə bağlı məlumatı silin. Çünki orada bildirilir ki, həftənin çərşənbə axşamı günləri Fuad Bədəlovun rəsmi qəbul günüdür. Çox təkid etsələr də, mən qulaq asmadım. Sonra dedilər ki, Bədəlov iclasdadır və otağında 10 nəfər var. Buna baxmayaraq, mən qanunauyğun olaraq, onu gözlədim. Sonda öz gözlərimlə şahid olmaq üçün qapını döyüb açdım və gördüm ki, Bədəlov tək oturub, heç bir iclas yox idi. Mənə yalan danışdılar. Əgər Şərqi Zəngəzur Regional Təhsil İradəsinin müdiri vətəndaşa bu cür yanaşır, yalanlar deyirsə, görün direktorlar, müəllimləri nə qədər yalan danışır. Məni niyə qəbul etmirdi, heç cür başa düşə bilmirəm".
Z.Zahirova F.Bədəlovun qəbulunda olarkən, idarə müdiri ona Elm və Təhsil Nazirliyinin Təchizat İdarəsinin əməkdaşı Hafiz Hüseynovla əlaqə saxlamağı tövsiyə edib:
"Bədəlovun göstərişi ilə mənə bir nömrə verildi, dedilər ki, ora zəng edim, ayın 16-da gəlib şikayətinizi araşdıracaqlar. Mən məktəb rəhbərliyinin qanunsuz addımları ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciət etmişəm. Müraciətim Bakı Şəhər İcra Hakimiyyətinə, orada isə Səbail rayon İcra Hakimiyyətinə yönəldilib. Hər iki qurumdan məıktub almışam. Səbael rayon İcra Hakimiyyətindən bildiriblər ki, məsələnin həlli ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət olunub. Ümid edirəm ki, bizim şikayətimiz nəzrə alınacaq. Məktəb rəhbərliyinin həyətimzidən maşın yolu kimi istifadə etməsi azmış kimi, bizə təzyiq göstərməyə davam edir.
Bakupost.azFotoda məktəbin əvvəlki yolu yaşıl xəttlə işarələnib
Mən öz həyətimdə ağac əkirəm, 2 saatdan sonra polis bölməsi məni çağırır. Evimə qonaq gəlir, yenə bölməyə çağırlar, həyətimdə abadlıq işi görürəm, bölmə məni çağırır. Bunların hamısını məktəbin direktoru Piyalə Xudayarova edir".
Bakupost.az
Şikayətçinin dediyinə görə, vaxtilə məktəbin qanuni yolu bələdiyyə tərəfindən satılanda direktor Piyalə Xudayarova buna etiraz etməyib. Hətta deyilənə görə, yolu torpaq sahəsi kimi onun bələdiyyədə işləyən qohumu satıb:
"Sonra bizdən xahiş elədilər ki, həyətinizdən bizə piyada gedib-gəlməyə yol verin. Biz də dedik, nə olar, məktəbdir, qoy uşaqlar gedib gəlsin.
Bakupost.az
Sonra maşınlarla gedib-gəlməyə çalışdılar. Biz narazı qaldıq və şikayət etdik. Bundan sonra onlar əl-ayağa düşdülər, müxtəlif dövlət orqanlarına yazıdılar ki, guya həmin yol məktəbin təxliyyə yoludur. Faktiki məktəbin heç bir təxliyyə yolu yoxdur. Yolu satıblar. Məktəbin bir tərəfi də uçurumdur. İndi bizim qanuni həyətimizi əlimizdən almaq istəyirlər. Məktəbin darvazasını da gətirib evimə bərkidiblər".
Bakupost.az
Z.Zahirova qeyd edib ki, məktəbin direktoru əsassız olaraq, polisə şikayət edir, "şikayəti" araşdırmaq üçün gələn polis işçilərinə isə yalan məlumatlar verir:
"Polis əməkdaşlarına deyir ki, guya mən məktəbin təxliyyə yolunu zəbt etmişəm, nə bilim məktəbə heç kəs "pretenziya" edə bilməz. Adam yalan danışır. Mən 15 ildir burda yaşayıram. Onun yol dediyi mənim həyətimdir. Yol başqa istiqamətdən idi, oranı satdılar, indi mənim həyətimə iddia edirlər".
Məsələ ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İradəsiylə əlaqə saxladıq. İdarənin özünü təqdim etməyən əməkdaşı suallarımıza cavab verməkdən imtina edib, telefonu söndürdü.
Zaur, BakuPost

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam