Redaktor seçimi
Günün xəbəri

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

 

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Yenixeber.org-un məlumatına görə, başsağlığında deyilir:

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının doğmalarına və yaxınlarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Bakı Yeparxiyasının ruhaniləri ilə birlikdə mərhəmətli Yaradana dualar edirəm ki, kədərlənənlərin və yaralananların qəlbinə təsəlli bəxş etsin, bu faciənin təsirinə məruz qalan insanların hamısına güc versin".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam