Hakan Fidan Bakıya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıya gələcək.
Yenixeber.org xəbər verir ki, H.Fidanın səfər çərçivəsində yüksək səviyyəli görüşləri nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi bildirilib.