İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Şıxin bölgəsində Hizbullah hərəkatının raket qüvvələrinə hücum edib.
Yenixeber.org: Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Kfar-Qila bölgəsində Hizbullah hərbi tikilisinə, İsrail artilleriyası isə Livanın cənubunda bir neçə bölgədə təhdidləri aradan qaldırmaq üçün zərbələr endirib.