Ukraynaya daha 738 milyonluq yardım gəlir
Danimarka Ukraynaya 738 milyon kron (təxminən 116 milyon dollar) məbləğində daha bir hərbi dəstək paketi köçürəcək.
Yenixeber.org: Bu barədə krallığın Müdafiə Nazirliyi öz saytında məlumat yayıb.
"Bu 20-ci hərbi dəstək paketi Ukraynanın istək və ehtiyaclarına uyğunlaşdırılıb və həm qısa müddətdə, həm də gələcək illərdə Ukraynanı dəstəkləməlidir. Yardım tranşı Ukraynanın ehtiyacları, beynəlxalq tərəfdaşlarla Kiyevə dəstək barədə müzakirələrin nəticələri və Danimarka Müdafiə Nazirliyinin peşəkar tövsiyələri əsasında tərtib edilib", - məlumat deyilib.