Rusiyanın Ukraynadakı fantastik itkisi -SİYAHI
Rusiyaya Ukraynadakı genişmiqyaslı müharibə zamanı verdiyi itkilərdən sonra ordusunu bərpa etmək üçün beş il lazım olacaq.
Yenixeber.org: Bu sözləri Britaniya Müdafiə Qərargahının rəisi Entoni Radakin deyib.
“Rusiya müharibə başlayandan indiyə qədər 555 min əsgər itirib və biz hesab edirik ki, Putinə Rusiya ordusunu 2022-ci ilin fevralında olduğu səviyyəyə çatdırmaq üçün beş il, müharibənin üzə çıxardığı zəif cəhətləri düzəltmək üçünsə daha beş il lazım olacaq”, - o bildirib.