Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Həyatın gərdişi yara qoparır

 

Atalar, analar sözüm sizədir,
Övladın qızdırsa ucuz bilməyin.
Atıram ox deyil, bizli nizədir,
Hadişə törədib qanla silməyin!..
*****
Qızları böyüdün nazlı - qəmzəli,
Yaşları çatanda uçub gedəcək.
Bir şeyi unutma, məncə bilməli,
Diqqətlə baxın siz, kimi sevməli...
*****
Tələsib balanı bədbəxt eləmə!..
Oğlanı tanıyın, "səfeh" olmasın.
Gəlinlik əvəzi kəfən bələmə,
Ləkəli bir adla üzü solmasın...
*****
Ayşənlər, Aysunlar ölməsin artıq,
Qızları atmayın, vara, dövlətə.
Qatillər ortada gəzməsin artıq,
Satmayın namusu qara, sərvətə!
*****
Nə idi günahı mömin bacının?
Bivecin biriymiş " ər"i deyirlər.
Atmışdı gəlini hündür binadan,
Söhbətsə gedirdi ağır "zina" dan...
*****
Düşsədə səkkizdən lakin ölməmiş,
Allah izn verdi ki, özü danışsın.
Bu qız heç kiminlə dərdin bölməmiş,
Söylədi dərdini hammı alışsın...
*****
" Dedi öz diliylə hicablıyam mən"
Allaha sarılıb sevən biriyəm.
Namazım, niyazım hidayətim var,
Niyə mən beləcə axı kirliyəm?
*****
Allahın izniylə son sözü dedi,
Kəsilmiş qoluda üstündə idi.
Saralmış bənizlə yaşlı gözüylə,
Yaddaşa həkk oldu qanlı sözüylə...
*****
Susmayın insanlar, susmayın aman,
Bu gün bu yazılır sabah başqası...
Qatilə bu yöndə rəvac verməyin,
Yazıqdı qızar, yonulmasın başdaşı...
*****
Təəccüb içində çaşıb qalmışam,
Kimlərə qız verib qohum olasan.
Qızım var deyəndə qara salmışam,
Eşqilə qəlbimə yara açmışam...
*****
Yazıram, fikrimi nəzmə çəkirəm,
Bu dövran bizləri hara aparır?
Dolaşan fikrimi həcmə çəkirəm,
Həyatın gərdişi yara qoparır...
Təranə Şəms. 2.8.2024


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam