Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Bu sərhəddə məhdudiyyətlər tətbiq ediləcək -SƏBƏB

gurcustan-rusiya-serhedinde-mehdudiyyetler-tetbiq-edilecek

Gürcüstanda bütün növ avtomobillərin Yuxarı Lars beynəlxalq keçid məntəqəsinə keçidinə məhdudiyyətlər tətbiq edilir.

Yenixeber.org: Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Sentyabrın 18-dən oktyabrın 2-si daxil olmaqla, saat 06:00-dan 09:00-dək Kazbeqi gömrük-keçid məntəqəsindən hər iki ölkə istiqamətində bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Kazbeqi Ticarət və Sənaye Palatasının ərazisinə bitişik beynəlxalq avtomobil yolunda təcili təmir işləri planlaşdırılır, bu səbəbdən iş zamanı nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq”, - məlumatda deyilir.

Bildirilib ki, bu saatlarda Gürcüstanın dövlət sərhədindən malların idxalı və ixracı, habelə fiziki şəxslər tərəfindən sərhədi keçməsi ilə bağlı prosedurlar həyata keçirilməyəcək.

Digər vaxtlarda isə Rusiya ilə sərhəddə gömrük-keçid məntəqəsi adi rejimdə tam gücü ilə fəaliyyət göstərəcək, malların idxalı və ixracı, habelə fiziki şəxslərin sərhəddən keçirilməsi maneəsiz həyata keçiriləcək.

Qeyd edək ki, “Kazbeqi - Yuxarı Lars” hazırda Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə gömrük keçid məntəqəsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam