Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ağdamda icra nümayəndəsinin "Bəxtiyar, Bəxtiyar" şüarı... -Bəxtiyar bəxtiyar olmaya da bilər

119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasının yeni inzibati binası istifadəyə verilmişdir

Bəxtiyar Əliyevlə keçirilən görüşü "yüksək səviyyədə" təşkil etdiyinə görə, icra hakimiyyətinin başçısı icra nümayəndəsini "mükafat"landırıb

Yenixeber.org: 119 saylı Ağdam kənd seçki dairəsində yeni xəbər var.... Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısının 1-ci müavini Allahverən Əliyevin Seçki Məcəlləsinin bütün tələblərini kobud surətdə pozaraq, deputatlığa namizəd Bəxtiyar Əliyevin seçki təbliğatına heç nədən və heç kimdən çəkinmədən birbaşa rəhbərlik etməsi haqqında məlumat vermişdik.

Rayondakı mənbələrdən Yenixeber.org-a daxil olan yeni məlumata görə Bəxtiyar Əliyevdən ötrü "canını fəda edən" yerli məmurlardan biri də, Ağdam Rayon Dörd Yol deyilən ərazinin icra nümayəndəsi Musa Məmmədovdur. 70 yaşlı Məmmədovun məlum qanunları ayaqlar altına ataraq, inzibati resusrsladan sui-istifadə edərək Bəxtiyar Əliyevdən yana çalışmaqdadır. Bu istiqamətdə məlum şirnikləndirici vasitədən istifadə etdiyi də deyilir... Görüş iştirakçılarına saatlarla təlim keçərək, "Bəxtiyar, Bəxtiyar" şüarını da məşhurlaşdırır. 

Hətta srağagün (avqustun 20-də) Dörd Yol ərazisindəki klubda Bəxtiyar Əliyevlə keçirilən görüşü "yüksək səviyyədə" təşkil etdiyinə görə, dünən rayon icra hakimiyyətinin başçısı tərəfindən "mükafat" da alıb. Görünür RİH başçısı bugünləri nəzərə alıb da, vaxtilə cəzalandırdığı qocaman Musa Məmmədovu yenidən görəvə gətirib. (Bu məsələdə "Tərəqqibank" da rol oynamış ola bilər...)   

Maraqlıdır ki, aidiyyatı dövlət qurumları da Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun tabeçiliyindəki "ordu"nu Bəxtiyar Əliyevdən ötrü səfərbər etməsinə seyriçi qalmaqdadır. Bu səbəblərdəndir ki, 119 saylı Ağdam kənd seçki dairəsindən digər üç namizəd dövlət başçısına müraciət ünvanlayıb....

Hələlik görünən odur ki, bu dəfə əlahəzrət zaman Bəxtiyar Əliyevin xeyirinə işləmir. Ağdamlı seçicilərin Bəxtiyarı bəxtiyar etməyəcəyi gözlənilir...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam