Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

Kütləvi köç etirafı:Ermənistanda erməni qalmayacaq

Nairi Sarkisyan: “Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq”

Natiq Cəfərli: “Ermənistanın dövlət kimi var olması şansı ancaq sülhdən, qonşularla normal münasibətlərdən asılıdır”

Qabil Hüseynli: “Bir neçə ildən sonra Ermənistanda əhalinin sayı 1 milyona düşsə, təəccüblü olmayacaq”

Yenixeber.org: “Yaxın 10 ildə Ermənistanın əhalisi 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər. Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq”. Bu sözləri Ermənistanın Hesablama Palatasının rəhbəri Nairi Sarkisyan deyib. Onun sözlərinə görə, əhalinin azalmasının əsas səbəbləri arasında doğum səviyyəsinin aşağı olması, mühacirət və Qarabağdakı müharibənin nəticələri göstərilir.

O cümlədən, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Palata rəhbəri qeyd edib ki, Ukraynada müharibə başlayandan sonra Rusiyaya gedən Ermənistan vətəndaşlarının sayı azalıb. “Lakin ABŞ-da yaşamaq istəyənlərin sayı durmadan artır. “Green card” almaq istəyən ermənilərin böyük növbələri yaranıb”.

Sarkisyan bu ilin sonuna kimi ölkəsini tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən çox ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, ölkədə işsizliklə bağlı vəziyyət də acınacaqlıdır və insanlar dalana dirənib.

“Ölkədə 1 milyon 150 min insanın sosial qayğıya ehtiyacı var. Onlardan 204 mini işsiz, 960 mini iş qabiliyyəti olmayan insanlardır - pensiyaçılar, uşaqlar, əlillər”, - deyə Sarkisyan həyəcan təbili çalıb.

İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfərdir. Yerli əhalinin sayı isə 2 milyon 638 min 917 nəfər təşkil edir.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli deyib ki, Ermnistanda demoqrafik vəziyyətin acınacaqlı olmasını artıq erməni rəsmilər etiraf edirlər. Onun sözlərinə görə, 1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdə ölkə əhalisi 3 milyon 633 min 301 nəfər idi: “20 ildən sonra, 2011-ci ildə əhali sayı 3 milyon 215 min 299 nəfər, 2021-ci ildə isə 2 milyon 964 min 55 nəfər olub. İndi isə Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfərdir ki, bu, son 30 ildə Ermənistan üçün fəlakətli demoqrafik vəziyyətdir. Bir çox mütəxəssislərin hesablamalarına görə demoqrafik "əyri"də Ermənistan kritik nöqtəni keçib, əhalinin azalma trendi davam edəcək”.

"Demokrafik böhran dərinləşir, iqtisadi və sosial vəziyyət ağırlaşır. Bütün bu çağırışların qarşısında Ermənistanın yeganə yolu sülhdür, əminamanlıqdır, sərhədlərin açılması və regional ticarətin canlanmasıdır. Deməli, Ermənistanın dövlət kimi var olması şansı ancaq sülhdən, qonşularla normal münasibətlərdən asılıdır”, Cəfərli vurğulayıb.

Sabiq dövlət müşaviri Qabil Hüseynli də mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, Ermənistanın tək çıxış yolu Azərbaycanla sülhdən, Türkiyə ilə münasibətlərin normallaşmasından keçir: “İndi Ermənistanda qüvvələr var ki, revanşdan, Azərbaycan ərazilərini yenidən işğal etməkdən, bunun üçün hazırlıqlar görülməli olduğundan danışırlar. Həmin ermənilər özlərinin saylarını hesablayan rəsmilərinin dediklərinə baxsınlar, saylarının nə qədər olduğunu görsünlər, ondan sonra revanşdan danışsınlar”.

“Hələ 1990-cı ildən Ermənistan demoqrafik çıxılmazlığa doğru hərəkət etdi. Birinci Qarabağ müharibəsindəki itkilər, ondan sonra səfalətin başlaması Ermənistan əhalisinin sayında azalmanın artan xətlə getməsinə səbəb oldu. Sosial-iqtisadi vəziyyəti ağırlaşan əhali kütləvi şəkildə Ermənistanı tərk etdi və qayıtmadılar. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra ermənilər ölkələrində perspektivin qalmadığını, yaşam şəraitinin daha da ağırlaşacağını dərk etdilər. 2020-ci ildən başlayan kütləvi köç dalğası bu gün də davam etməkdədir və bundan sonra da davam edəcək. Bir neçə ildən sonra Ermənistanda əhalinin sayı 1 milyona düşsə, təəccüblü olmayacaq. Ümumiyyətlə, bu gün Ermənistanda qalıb yaşayanların 70 faizi qocalardır. Gənclər imkan tapan kimi ölkəni tərk edirlər. Bunu mən demirəm, erməni ekspertlərin özlərinin hesablamalarının nəticəsi deyir. Yenə də deyirəm, Ermənistanın çıxış yolu Azərbaycanla sülhdən, iqtisadiyyatını canlandırmaqdan keçir. Bu barədə erməni rəsmilər yaxşı-yaxşı düşünməlidirlər”, - politoloq fikrini tamamlayıb.(AYNA)

Turan Abdulla

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam