Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

 “Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi-FOTOLAR

 

“Nar” YAŞAT Fondu ilə birgə bütün ölkə ərazisində yeni dərs ilinin ilk günü münasibətilə qəhrəman şəhidlərimizin övladlarını təbrik edib və onlara zəruri dərs ləvazimatları hədiyyə edib. Bu təşəbbüslə “Nar” şəhidlərimizin əziz xatirəsini yaşadaraq, onların övladlarının yeni tədris ilinə sevinc və ruh yüksəkliyi ilə başlamasına dəstək olub.

Yenixeber.org: “Nar”ın dəstəyi ilə təşkil edilən layihə çərçivəsində 792 şəhidin 1-11-ci siniflərdə təhsil alan 1365 məktəbli övladına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları xüsusi qürurla təqdim edilib.

“Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova məktəbliləri təbrik edib və bildirib: “Məqsədimiz qürur mənbəyimiz olan şəhidlərimizin övladlarının gələcəyə ümidlə baxaraq dərslərinə daha böyük həvəslə və tam hazırlıqlı başlamasını təmin etməkdir. Bu yeni tədris ilində onlara böyük uğurlar arzulayırıq və bilirik ki, hər biri qarşıda çoxsaylı nailiyyətlər qazanacaq”.

“Nar” hər zaman şəhid ailələrinə və onların övladlarına dəstək göstərməyi öz əsas dəyərlərindən biri olaraq qəbul edir. Bu layihə “Nar”ın şəhid ailələrinə qayğı göstərərək vətən qarşısında öz borcunu yerinə yetirmək istiqamətində atdığı növbəti addımdır. Operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam