Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

Tanışına ağır xəsarət yetitməkdə təqsirləndirilən Fuad Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Fuad Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub, o, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə bu ilin əvvəlində Bakı şəhərində baş verib.

F.Əsgərov tanışı Elmar Nağı oğlu Əliyevə bıçaqla xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sonradan tərəflər barışıb, F.Əsgərov əməlindən peşman olduğunu bildirib. Zərərçəkən məhkəmənin çağırışlarına gəlmədiyindən məhkəmə heyəti barışıq ərizəsini əldə edə bilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam