Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gənc direktorun 327 saylı məktəbində pulyığma mövsümü başladı

Bakının Suraxanı rayonu, 327 nömrəli məktəbdə pulyığma mövsümünə erkən start verilib.

Yenixeber.org: Sosial media və elektron mətbuat ötən həftədən bu məlumatı işıqlandırır. İddialara görə, məktəb başlamamış artıq valideynlərdən jalüz almaq adı ilə pul tələb edilib. Məktəb direktoru informasiyanı yalanlamağa çalışsa da, Bakı şəhər Təhsil İdarəsi araşdırma apardığını elan edib. Lakin nəticələri haqda ictimaiyyətə məlumat verilməyib. Bundan əvvəl də 327 saylı orta məktəbdə pul yığma halları olub. Hətta vərdiş halı aldığı deyilir. 
Valideynlərin sözlərinə görə, əvvəllər də məktəbdən dəsmal, xlor və başqa əşyaların alınması üçün onlardan pul tələb edilib. Məktəbin direktoru Könül Əliyevadır. O, 2023-cü ildə bu vəzifəyə təyin olunub. Gənc direktor olmasına baxmayaraq, məktəbdə xoşagəlməz vəziyyətə şərait yaradılması onun reputasiyası və karyerası üçün aktivinə mənfi xal yazdırır. İstənilən halda, vəzifə yüksəlişi perspektivi yaranarsa, rəhbəri olduğu məktəbdə pul yığılması haqda xəbərlər yada düşəcək.(anaxeber.info)

Qarşı tərəfi dinləməyə hazırıq.

Könül Əliyeva

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam