Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Erməni lobbisinin Vaşinqtondakı "istinad divarı" çökdü:bu rüşvətxor senatoru 20 il həbs...

Korrupsiyada ittiham olunan, ermənipərəst mövqe ilə seçilən Nyu-Cersi senatoru Robert Menendes federal korrupsiya məhkəməsi tərəfindən bütün maddələr üzrə təqsirli bilinib.

Yenixeber.org: Məlumata görə, iş üzrə yekun qərar təxminən 13 saat müzakirə edilərək qəbul olunub.

Menendes rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunsa da, özünü təqsirli bilməyib.

Senatoru 20 ilə qədər həbs gözləyir, lakin qərardan apellyasiya şikayəti verə bilər.

Bu işdə senatorun həyat yoldaşı erməni əsilli Nadine Menendes də ittiham olunub, lakin onun məhkəməsi xəstəliyi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Nyu-Cersi ştatından olan iş adamları Vael Hana və Fred Daybes də onlara qarşı irəli sürülən bütün ittihamlar üzrə təqsirli biliniblər.

Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.("ABC News")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam