Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Fransa Ermənistana qoşun göndərməyəcək” -"...biz dostumuzu, tərəfdaşımızı düşmənə çevirdik”

Murad Papazyan: “Fransa Ermənistana qoşun göndərməyəcək”

“Bu vəziyyətdən çıxmaq üçün hakimiyyət istefaya getməli, yeni hökumət yaradılmalı, Türkiyə və Azərbaycanın qarşısını almaq üçün yeni müttəfiqlik əlaqələri yaradılmalıdır”. 

Yenixeber.org: Bunu jurnalistlərlə söhbətində Fransadakı Erməni Şirkətlərinin Koordinasiya Şurasının sədri Murad Papazyan bildirib:

“Təkcə Qərb ölkələri ilə yox, Rusiya ilə münasibətləri yenidən qurmaqla bunu etmək olar. Bu, strateji prioritetdir. Ermənistanda anti-Rusiya hakimiyyətləri ola bilməz.   Bu gün xəritəyə baxsanız, görərsiniz ki, Ermənistan düşmənlərlə əhatə olunub, biz dostumuzu, tərəfdaşımızı düşmənə çevirdik”.

Papazyan qeyd edib ki, o, Ermənistanın Qərblə münasibətlərinin əleyhinə deyil, lakin Aİ Türkiyəyə Qafqaz məsələləri ilə məşğul olmaq səlahiyyəti vermək istəyəndə Türkiyənin neytral tərəfdaş olmadığı aydın olur.

“Əgər müharibə vəziyyəti olarsa, Fransa Ermənistana qoşun göndərməyəcək, hərbi əməkdaşlığı artıracaq, lakin qoşun göndərməyəcək. Ona görə də bu gün az qala düşmən olan keçmiş tərəfdaşları Qərb ölkələri, Hindistan və Çinlə əlaqələri olan tərəfdaşlara çevirmək, yetkin siyasət yürütmək lazımdır”, - deyə o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam