Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Artan LNG tələbatında ABŞ-ın payı - İCMAL

Hazırda qlobal bazarda mayeləşdirilmiş təbii qaza (Liquefied Natural Gas- LNG) tələbat sürətlə artır. LNG üçün tələbat artdıqca ABŞ şirkətləri bu tələbatı ödəmək üçün yeni təsisatlar inşa edir, LNG idxal və yenidən qazlaşdırma terminalları LNG ixrac terminallarına çevrilir.

Yenixeber.org: “ABŞ-ın istismarda olan və inşa edilən layihələrlə birgə hazırda LNG ixrac gücü 92,4 mln. ton təşkil edir. Biz hesab edirik ki, qlobal bazarı təmin etmək üçün ən azı illik 100 mln. ton, potensial olaraq isə 250 mln. ton yeni gücə ehtiyac var”.

Bunu mərkəzi ofisi Texasın Hyuston şəhərində yerləşən “Tellurian” şirkətinin araşdırma və təhlil üzrə meneceri Reni Pironq (Renee Pirrong) bildirib.

O, “şist inqilabı”ndan danışaraq qeyd edib ki, ABŞ ən böyük neft və qaz hasilatçısına çevrilib və bu, tamamilə “Şist inqilabı” ilə bağlıdır: “Təxminən 2010-cu ildən biraz  əvvəl özəl kəşfiyyat və hasilat şirkətləri ehtiyatları çıxarmaq üçün müxtəlif yolları təcrübədən keçirməyə başladılar. 2018-ci ildə ABŞ dünyada ən çox neft hasilatı artımına nail olan ölkə oldu. Bu həm də təkcə ABŞ-da deyil, qlobal əsasda ən böyük artım idi. Bütün bunlar tamamilə “şist inqilabı”ndan irəli gəlirdi. Bunlar qlobal olaraq neftin qiymətlərində enişə də təsir göstərdi”.

R.Pironq ABŞ-da artan qaz hasilatını və qlobal bazardakı tələbatı “bir-birinə bağlı münasibət” adlandırıb: “ABŞ-ın bol qaz hasilatının satışı üçün qlobal bazara, qlobal bazarın isə tələbatı ödəmək üçün ABŞ-ın qaz təchizatına ehtiyacı var”.

O qeyd edib ki, qlobal bazarda LNG artımında əsas bazar Çin, Hindistan və Avropa hesab edilir: “Çin karbon emissiyalarını azaltmaq üçün ətraf mühit siyasəti həyata keçirir. Hindistanda enerjiyə artan tələbat var. Avropa isə alternativ mənbədən enerji təmin etmək istəyir. Avropada ötən il maraqlı hadisələr baş verdi. Bir neçə ABŞ LNG karqosu bazarlara daxil oldu və bir çoxu Avropa bazarında özünə yer tapdı. Avropa elə yerlərdəndir ki, oranın inkişaf etmiş qaz kəmərləri infrastrukturu, idxal terminalları və təbii qaz saxlama təsisatları mövcuddur”.

R.Pironq belə qeyd edib ki, burada LNG-yə maraq həm də kömürə qadağanın qoyulması və maye qazın qiymətinin azalması ilə bağlıdır.

Onun sözlərinə görə, Avropada LNG-yə ən böyük tələbat artımı Almaniyadadır.

Bundan başqa, o qeyd edib ki, LNG-yə yeni bazarlarda da tələb var və bu tələb LNG ixracında ABŞ-ı yaxşı mövqedə saxlayır. Onun sözlərinə görə, üzən anbar və yenidən qazlaşdırma qurğuları və ya FSRU (Floating Storage Regasification Unit) adlanan yeni texnologiya ilə açılan yeni bazarlar var: “Biz Banqladeş, Pakistan, Litva kimi inkişaf etməkdə olan bazarları FSRU istifadə etməklə yanacaq ixdalında böyük seçim, aşağı xərcli yol və daha asan yol olaraq görürük”.

O qeyd edib ki, ABŞ-ın artan qaz hasilatının ixracı üçün illik 100-150 mln. ton gücündə LNG terminalı və dəstəkləyici boru kəmərləri infrastrukturu inşa edilməlidir və bunun üçün 150-225 mlrd. dollar investisiya tələb olunur.

Hazırda ABŞ-ın Körfəz sahilində bir neçə LNG ixrac terminalı fəaliyyət göstərir,  bir neçəsinin inşası üçün isə müvafiq işlər görülür.

Təmiz, etibarlı və əlverişli enerji

“Sempra Energy” qrupa daxil olan və ABŞ-ın Luiziana ştatının Hakberi ərazisində yerləşən “Cameron LNG” terminalının əsas səhmdarı olan “Sempra LNG”nin xarici əlaqələr üzrə direktoru J.C.Tomas (J.C.Thomas) bildirib ki, LNG təmiz və etibarlı enerjidir.“LNG-nin vacib özəlliyi odur ki, siyasi alətlər, silahlar və ya bu kimi şeylərin aləti olmayan təmiz və etibarlı enerjiyə çıxış əldə etməklə həqiqətən də iqtisadiyyatı dəyişdirmək olar.

Tomas qeyd edib ki, şirkətin strateji baxışı infrastrukturu inkişaf etdirmək və təmiz, daha əlverişli və etibarlı enerjini dünyaya çatdırmaqdır. “Bizim məqsədimiz illik 45 mln. ton təmiz təbii qazı dünya bazarlarına çıxarmaq və Şimali Amerikanın ən böyük LNG ixracatçılarından biri olmaqdır.

“Cameron LNG” əməliyyat şirkətində “Sempra LNG” 50,2%, Fransanın “Total”, Yaponiyanın “Mitsui” və “Mitsubishi” şirkətləri hər biri 16,6% paya sahibdir.

“Cameron LNG” ABŞ-da fəaliyyətdə olan 5 LNG ixrac terminalından biridir və ilk LNG istehsalına bu ilin may ayında başlanılıb, avqust ayının sonlarından isə kommersiya əməliyyatlarına start verilib. Hazırda “Cameron LNG”də illik istehsal gücü 4 mln. ton olan 1 mayeləşdirmə qurğusu və ya LNG dili ilə desək “train” fəaliyyət göstərir. 

Təbii qaz Luiziananın qaz kəmərlərindən bu qurğuya daxil olur, soyutma texnologiyası ilə mənfi 260 dərəcə farenheyt (mənfi 162 dərəcə selsi) temperatura qədər soyudulur. Soyutma nəticəsində xam maddə həcminə görə 600 dəfə azalır və bu formada ixrac tankerlərinə yüklənilir. İstehsal edilən LNG 3 saxlama çənində saxlanılır.

“Cameron LNG”nin layihə direktoru Ceymi Qrey (Jamie Gray) bildirib ki, təbii qaz qaz kəmərləri şəbəkəsindən terminala məxsus iki boru kəməri vasitəsilə daxil olur, lakin qazın alışını müştərilər həyata keçirir.

Hazırda I faza çərçivəsində iki mayeləşdirmə qurğusunun tikintisi həyata keçirilir və bu qurğular 2020-ci ilin əvvəlində və I rübünün sonunda istismara veriləcək. Yeni qurğuların istismara verilməsi ilə terminalın mayeləşdirmə gücü 12 mln. tona çatdırılacaq.

Layihə direktoru bildirib ki, layihənin bu hissənin dəyəri 10 mlrd. dollar təşkil edir: “Terminalda ilk LNG istehsalı bu ilin may ayında ABŞ prezidenti Donald Tramp əraziyə baş çəkən vaxt həyata keçirilib. Kommersiya əməliyyatına avqustda başlanılıb. İndiyədək alıcıları tərəfindən LNG Avropa, Asiya və Cənubi Amerikaya nəql olunub. LNG satışı ilə daşıyıcılar məşğul olur”.

“Cameron LNG”də ikinci mərhələ çərçivəsində ümumi mayeləşdirmə gücü 8 mln. ton planlaşdırılan daha iki mayeləşdirmə qurğusunun və ikiyə qədər LNG saxlama çəninin inşası nəzərdə tutulur. Bunun üçün Federal Enerji Tənzimləmə Komissiyasından razılıq alınıb, lakin həmin qurğularla bağlı hələlik yekun investisiya qərarı verilməyib.

“Sempra LNG” şirkətinin “Cameron LNG”dən başqa iki LNG layihəsi də var. Bunlar Texas ştatının cənub-şərqində yerləşən və Meksika körfəzinə birbaşa çıxışı olan illik 22 mln. ton gücdə olması nəzərdə tutulan Port Artur layihəsi və Meksikada yerləşən illik 14,4 mln. ton gücündə layihələndirilən Energia Costa Azul layihələridir. Port Artur layihəsinin birinci mərhələsi üzrə (11 mln. ton) yekun investisiya qərarının 2020-ci ilin I rübündə verilməsi, ilk LNG istehsalının isə 2024-cü ildə həyata keçirilməsi gözlənilir. Layihənin II mərhələsinin də illik mayeləşdirmə gücünün 11 mln. ton olması və daha iki mayeləşdirmə qurğusunun inşası planlaşdırılır.

I mərhələdə təxminən 2,4 mln. ton mayeləşdirmə gücündə olması nəzərdə tutulan Energia Costa Azul layihəsi üzrə yekun investisiya qərarının bu il verilməsi, ilk LNG istehsalının isə 2023-cü ildə həyata keçirilməsi gözlənilir. Layihənin II fazasının isə 2 qurğu üzrə illik mayeləşdirmə gücünün 12 mln. ton olması və 2026-cı ildən sonra istismara verilməsi nəzərdə tutulur.

Fərqli biznes modeli olan layihə

LNG “boom”una qoşulan daha bir ABŞ şirkəti mərkəzi Texas ştatının Hyuston şəhərində yerləşən “Tellurian” şirkətidir. Şirkət Luizianada, Körfəz sahilində Kalkəşu çayının qərb sahili, Çarles gölünün cənubunda “Driftwood LNG” terminalının inşası üçün müvafiq icazəni alıb. 27,6 mln. tonluq LNG terminalının 2023-cü ildə istimara verilməsi planlaşdırılır. Layihənin investisiya dəyəri 30 mlrd. dollar qiymətləndirilir.

“Tellurian” şirkətinin ictimai münasibətlər və kommunikasiya üzrə vitse-prezidenti Coy Leçnar (Joi Lecznar) bildirib ki, şirkət uzun müddətdir ki, Fransanın “Total” şirkəti ilə əməkdaşlıq edir və “Total” kiyafət qədər investisiya yatırıb. O vurğulayıb ki, LNG ixrac terminalının inşası üçün EPC podratçı “Bechtel” şirkəti ilə açar təhvili müqaviləsi (müqavilənin dəyəri 15,2 mlrd. dollar) imzalanıb və layihənin qrafik və büdəcəyə uyğun bitməsi üçün zəmanət alıb: “LNG ixrac terminalına təbii qazın nəqli üçün dörd boru kəməri təklif olunub. Bizim inteqrasiya olunmuş “apstrim”, “midstrim” və “dounstrim”, eyni zamanda treydinq biznesimiz var. LNG terminalı üçün lazım olan qazı ya ala, ya da hasil edə bilərik. Hazırda variantlara baxırıq”.

Şirkətin araşdırma və təhlil üzrə meneceri Reni Pironq bildirib ki, “Driftwood LNG” ixrac layihəsinin ABŞ-dakı digər layihələrdən fəqli biznes modeli var: “Tellurian”ın biznes modeli təbii qazın qiymətini qaldırma xərci və ya yerdən çıxarma qiymətinə təklif edir. Lakin bunu etmək üçün alıcı investor olmalıdır. Məsələn, 1 mln. ton LNG-ni ön xərc olaraq 500 mln. dollara aldınız. Beləliklə, 1 tonun kapital dəyəri 500 dollar təşkil edir və bu xərc üçün LNG-ni təsisatda ala bilərsiniz və beləliklə, uzunmüddətli müqavilə üçün hər ay əvvəldən ödəniş edilmir. Yeni model ona görə təklif olunub ki bazar çox sürətlə dəyişir və biz biznes modelimizi yaradarkən istənilən bazar şəraitində rəqabətə davamlı oluruq”.

O, 1 milyon Britaniya termal birliyində LNG-ni 3 dollara istehsal edəbiləcəklərinə inandığını bildirib.

LNG idxal terminalları ixrac terminalına çevrilir

Artan LNG “boom”una qoşulan daha bir şirkət ABŞ-ın boru kəmərləri operatorlarından biri “Energy Transfer” şirkətidir. Şirkət Çarls gölündəki mövcud idxal təsisatlarının inkişaf etdirilərək LNG-nin dünya bazarlarına çatdırılması üçün “Shell” şirkəti ilə müqavilə imzalayıb. Layihədə hər iki şirkət 50% paya sahibdir. Əgər layihənin yekun investisiya qərarı ilə bağlı müsbət nəticə olarsa illik mayeləşdirmə gücü 16,45 mln. ton olacağı nəzərdə tutulur.

“Energy Transfer”in Çarlz gölü LNG layihəsinin LNG əməliyyatları üzrə vitse-prezidenti Ceff Braytvel (Jeff Brightwell) bildirib ki, layihənin mövcud infrastrukturdan istifadə etmək və bol təbii qaz təchizatından, “Energy Transfer”in geniş boru kəməri şəbəkəsi daxil olmaqla əsas boru kəməri infrastrukturuna yaxınlıqdan faydalanmaq imkanı var. Əgər layihə həyata keçirilərsə, tikinti vaxtı 5 minə qədər insanın, əməliyyat zamanı isə 200 nəfərin işlə təminatı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam