Yenixeber.org: ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqləyib. Qərara əsasən, Rusiyanın dondurulmuş aktivlərinin 60,84 milyard dolları hərbi yardım qismində Ukraynaya göndəriləcək.
Dondurulmuş Rusiya aktivlərinin Ukraynaya təhvil verilməsini, həmçinin Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsini özündə ehtiva edən qanun layihəsi Nümayəndələr Palatasında lazımi sayda səs toplayıb. Ardınca layihə Senata göndəriləcək.
Qanun layihəsinə görə, ABŞ Ukraynaya 61 milyard, İsrailə 26 milyard (o cümlədən 9,1 milyard dolları humanitar ehtiyaclar üçün), 8,12 milyard dollar isə Tayvana yardım edəcək. Bundan əlavə, qanun layihəsində Rusiyanın aktivlərinin müsadirəsi, o cümlədən suveren aktivlərin çıxarılmasının qadağan edilməsi, dondurulmuş aktivlərdən istifadə etməklə Ukraynaya kompensasiyanın ödənilməsi səlahiyyətləri və aktivlərin Ukraynanın bərpası üçün istifadə edilməsi ilə bağlı müddəalar var.
360 konqresmen qanun layihəsinin lehinə, 58-i əleyhinə səs verib.