Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Deputat Əhliman Əmiraslanovun oğlu ilə məşhur həkimlər arasında qalmaqal:Nə baş verib?

Depuat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov iranlı fizioterapevt-mütəxəssis Seyid Mohammad Moeinifardı məhkəməyə verib. 
Yenixeber.org: Azər Əmiraslanov iranlı həkimlə yanaşı, Rzayev Gündüz Balakişi oğlu adlı şəxs barəsində də iddia qaldırıb. 
Deputat oğlunun iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Ramin Quliyevin icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi maddi ziyanın ödənilməsi ilə bağlıdır. 
Seyid Mohammad Moeinifard uzun müddətdir ki, Azərbaycanda tibb fəaliyyəti göstərir. Bundan əvvəl Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi iranlı həkimin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı xüsusi icraat qaydasında məhkəməyə müraciət edib. İşin nəticəsi barədə məlumat yoxdur. 
           Seyid Mohammad Moeinifard
Gündüz Rzayevə gəlincə, iddialara görə, o, Bakıda fəaliyyət göstərən Azər-İran Klinikasının baş həkimidir. Araşdırmalarımız zamanı məlum olub ki, həqiqətən də həmin klinikanın baş həkimi Gündüz Rzayevdir.
Məhkəməyə verilən şəxslə baş həkimin eyni şəxs olub-olmadığını dəqiqləşdirmək üçün Azər-İran Klinikası ilə əlaqə saxladıq. Lakin zənglərə cavab verən olmayıb. 
     Azər-İran Klinikası baş həkimi Gündüz Rzayev
Azər Əmiraslanov bir müddət əvvəl Türkiyədə oğurlanması ilə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda iddia edilirdi ki, onun sərbəst buraxılması üçün deputatdan 10 milyon dollar tələb olunub. İddiaya görə, 5 milyon dollar ödənildikdən sonra deputatın oğlu sərbəst buraxılıb. 
Əhliman Əmiraslanov 1992-2015-ci illətdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru vəzifəsində çalışıb. O, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin, 2010 və 2015-ci ildə Milli Məclisin deputatı olub. 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərində 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürüb və mandat qazanıb. Keçmiş rektor Milli Məclisin Səhiyyə komitəsinin sədridir.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam