Əhliman Əmiraslanovda hansı məmurlara qarşı“fakt”lar var?
Ə.Əmiraslanov rektor olduğu zamanlarda kimlərin uşaqlarından hansı məlumatları “sənədləşdirib”?...
Yenixeber.org: Sentyabrın 30-da LEGİON-da “Əhliman Əmiraslanovun oğlu Azərbaycandan qaçır?”başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda Azərbaycan Tibb Universitetinin sabiq rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun ölkədəki biznesini sataraq, Türkiyədə daşınmaz əmlak almağa və yatırımlar etməyə hazırlaşdığı haqda məlumatlar qeyd olunurdu. Həmçinin, onun öz dayısıoğlu Vüqar Bağırova 1,5 milyon pul “atdığı” da məqalədə şikayətçinin dilindən sitat olaraq verilmişdi.
Xatırladaq ki, LEGİON-un apardığı araşdırmalar nəticəsində belə ki, Milli Məclisə məxsus 10 AA 439 nömrəsi ilk dəfə ( istehsal ili ) buraxış ili 1991- ci il, ağ rəngli Qaz 2411 markalı avtomaşında olub və 25.04.1996- cı ildə istifadəyə verilib. Sonra 10 AA 439 nömrəsi Milli Məclisə məxsus olaraq 6 dəfə Milli Məclisin balansında olan avtomobillərə verilib. Ancaq sonuncu yəni 7- ci dəfə Milli Məclisin balansından çıxarılan 10 AA 439 dövlət nömrəsi Azər Əmiraslanova məxsus “Azər Türk Med” MMC-in balansına verilib. Və “Azər Türk Med” MMC-nin balansında 2008-ci buraxılış ili olan Mercedes S 350 L qara metal avtomobilə 10 AA 439 nömrəsi 17.04.2013-cü ildə rəsmiləşdirilib.
Bundan sonra 90 AA 442 nömrəsi Toyota LC 200 qara rəngli, 2010- cu il buraxılışı olan avtomobil “Azər Türk Med” MMC-nin balansına 17.06.2011 ci ildə rəsmiləşdirilib. Sonra 90 AA 442 Mercedes S 350 L qara metal rəngli 2008 -ci il buraxılışı olan avtomaşın 03.08.2012 ci ildə “AzərTürk Med” MMC-nin balansına verilərək rəsmiləşdirilib.
Ən maraqlısı isə odur ki, 90 AA 442 nömrəsi, “Azər Türk Med” MMC-nin balansından çıxarılaraq, buraxılış ili 2005 ci il, ağ rəngli “Hyundai Sonata” markalı avtomaşına 17.04.2013- cü ildə rəsmiləşdirilərək Milli Məclisin balansına verilib.
Qeyd edək ki, Əhliman Əmiraslanovun özü də şəxsən mətbuatın gündəminə qalmaqallı məlumatlarla gəlib.
Belə ki, avqust ayında Azərbaycan səhiyyəsindəki problemlərdən danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deputat Əhliman Əmiraslanovun ünvanına ağır ittihamlar işlədib: “Onu da qeyd edim ki, Azərbaycan səhiyyəsinin evin Əhliman Əmiraslanov yıxdı. Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinə rəhbərlik etdiyi 15 ildə Azərbaycan səhiyyəsinə kadr verə bilmədi. Çünki onun dövründə Tibb Universitetində oxuyan bütün qızlar böyük adamların övladları idi”.
Onun sözlərinə görə, Əhliman Əmiraslanov bəzi qızları vəzifəli şəxslərə pulnan satırdı: “Buna görə mən indi Oktay müəllimi qınaya bilmirəm. Oktay Şirəliyev də bəzi məsələləri deyə bilmir, çünki ya qorxur, ya da çəkinir. Amma reallıq budur ki, Azərbaycan səhiyyəsi acınacaqlı vəziyyətdədir. Mən də həmişə reallığı demişəm. Ona görə də imkan vermirlər ki, həyatda rahat nəfəs alam”.
H.Hacıyevin ittihamları çox ciddi olduğu qədər də, cavabsız qaldı. Nə səhiyyə Nazirliyi, nə də Əhliman Əmiraslanovda heç bir şərh görülmədi. Lakin H.Hacıyevin sentyabr ayında verdiyi növbəti açıqlaması daha da “dəhşətli” oldu: “Azərbayacan Tibb Universiteti səhiyyənin evini yıxıb böyrü üstə qoyub.
Özü də bunu çox ağıllı şəkildə edirlər. Kimdir orada oxuyanlar? Prokurorların uşaqları, nazirlərin qızlarıdır. Hamısı nəşəxordur. Bizim orada gənclər təşkilatı var. And içir ki, tələbələr auditoriyadan çıxandan sonra gedib ayaqyolunda iynə vururlar. Universitetin rektoru, prorektoru, təhsilə baxan sahə bunu görmür? Çünki hamısı qudurmuş insanlardır. Bunlara lazımdır ki, millət küt olsun. Səhiyyəyə lazım olan bu məsələyə çox ciddi fikir verilməlidir”.
Görəsən, bu hallardan ATU rəhbərliyinin də xəbəri varmı? Və yaxud, Ə.Əmiraslanov rektor olduğu zamanlarda kimlərin uşaqlarından hansı məlumatları “sənədləşdirib”?...
Mətbuatda ən çox müzakirə mövzusu olan, lakin oddayanmaz və sudabatmaz kimi, hər dəfə də “yaxanı sıyıran” deputatı kimlər və necə dövlət başçısının qəzəbindən qoruyur, himayə edirlər?
Şübhəsiz ki, sabiq MTN generallarının vaxtilə vəzifəli adamlara qarşı “kompromatlar” topladığı, bununla da özlərini sığortaladığı cəmiyyətdə çoxuna məlumdur.
Bəs Əhliman Əmiraslanov özünü və mandatını nə ilə sığortalayıb?
Ümid edirik ki, bu və digər suallara tezliklə cavab tapacağıq.
Tamerlan Zeynallı
LEGİON.AZ
Əli İnsanovun “maz”ı və Əhliman müəllimin “sabun”u
Milli Məclis Aparatının rəhbərliyi dövlət avtomobil nömrələrinin alverində iştirak edirmi?
Mütəllibovçu Əhliman Əmiraslanov 1993-cü ildə mövqeyini necə DƏYİŞDİ..?
Yol polisi özü özünü təkzib edir
Sənin adın nədir, cənab professor: Avtoritet, sələmçi, nömrə həvəskarı, “pasportstol”, yoxsa..?
Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR
Əhliman Əmiraslanovun oğlundan Prezidentə şikayət olundu – MƏTN
Deputatın oğlu milyon yarıma "kollektor" xidməti göstərir?
Əhliman Əmiraslanovun oğlunun başına Sloveniyada nə gəlib? – NÜANSLAR
Klinika rəhbəri müstəqil mətbuatı şantajda ittiham edir – ABSURD
Əhliman Əmiraslanovun qohumları mətbuata müharibə elan etdilər? – MARAQLI MƏQAMLAR(FOTO)
Əmiraslanov qardaşları ilə “Yeni Bakı”nı inşa edən Elnur Hüseynovu nə birləşdirir?
Azər Əmiraslanov Milli Məclisə məxsus avtomobil nömrəsini necə özününküləşdirib..?