Əhliman Əmiraslanovun oğlu Azərbaycandan qaçır?
Azər Əmiraslanov milyonlarını Türkiyəyə yatırmağa qərar verib?
Yenixeber.org: Ölkə gündəmində məmur, general və deputat övladlarının “lüks” həyat tərzi, qanunazidd hərəkətləri, qalmaqallı addımları ilə bağlı məlumatlara çox rast gəlmək olar.
Az qala hər ay bir vəzifəli şəxsin uşağı Azərbaycan mətbuatının müzakirə mövzusuna çevrilir.
Onların arasında ən çox mətbuat mövzusu olan, tez-tez sensasiyalı məlumatlarla gündəmə gələn şəxslərdən biri, hətta birincisi ATU-nun sabiq rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovdur.
Qeyd edək ki, Azər Əmiraslanov barəsində hələ mart ayında onun doğma dayısıoğlu Vüqar Bağırovun şikayəti əsasında yazı dərc etmişdik.
Qafqaz Xəbər Agentliyinə müraciət edən V.Bağırov bildirmişdi ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun baldızıoğlu Emin Hüseynovdan 3,5 milyon ABŞ dolları alacağı var idi.
Onun sözlərinə görə, A.Əmiraslanov bu pulu almaqda ona kömək etməyi təklif edib, pulu geri almağı bacarıb – lakin xalasıoğluna çatacaq 1 milyon 534 min dolları mənimsəyərək, borc qaytarmağa görə “qonorar” kimi qiymətləndirib. O zaman bizim əməkdaş Azər Əmiraslanovla əlaqə saxlamağa çalışmış, lakin özünü onun köməkçisi kimi təqdim edən Vüqar Cavadov adlı şəxs redaksiyamızla əlaqə saxlayaraq, Azər Əmiraslanovun “vicdanlı iş adamı” olduğunu demiş, Vüqar Bağırovun iddialarını böhtan adlandırmışdı. Bu “vicdanlı iş adamı” isə amu.edu.az saytında yüzlərlə elmi məqalənin müəllifi, onkologiya sahəsində mütəxəssis, professor kimi təqdim olunub. 43 yaşında həm alim, həm də iş adamı olmağı bacaran Azər Əmiraslanovun biznesi və sərvətləri barəsində də tez-tez müxtəlif məlumatlar tirajlanır.
Belə ki, onun yuxarıda adı çəkilən Vüqar Cavadov vasitəsilə “Azər-Türk” klinikası və başqa bir neçə klinikalar, apteklər, restoranlar və mağazalara sahib olduğu haqda da cəmiyyətdə bol söz açılır.
Xüsusilə də, Azər Əmiraslanovun Sloveniyadakı macəraları və Milli Məclisə aid maşın nömrələrini mənimsəməsilə bağlı məlumatlardan sonra, ictiamiyyətin diqqəti Əhliman Əmiraslanovun övladlarına yönəlib (Qeyd edək ki, deputatın digər oğlu Tapdıq Əmiraslanov FHN başçısının müavinidir – red.).
Bu məlumatlara “yuxarı” dairələrin də Əmiraslanova biganə qalmayacağı şübhə doğurmur.
Xatırladaq ki, LEGİON-un apardığı araşdırmalar nəticəsində belə ki, Milli Məclisə məxsus 10 AA 439 nömrəsi ilk dəfə ( istehsal ili ) buraxış ili 1991- ci il, ağ rəngli Qaz 2411 markalı avtomaşında olub və 25.04.1996- cı ildə istifadəyə verilib. Sonra 10 AA 439 nömrəsi Milli Məclisə məxsus olaraq 6 dəfə Milli Məclisin balansında olan avtomobillərə verilib. Ancaq sonuncu yəni 7- ci dəfə Milli Məclisin balansından çıxarılan 10 AA 439 dövlət nömrəsi Azər Əmiraslanova məxsus “Azər Türk Med” MMC-in balansına verilib. Və “Azər Türk Med” MMC-nin balansında 2008-ci buraxılış ili olan Mercedes S 350 L qara metal avtomobilə 10 AA 439 nömrəsi 17.04.2013 -cü ildə rəsmiləşdirilib.
Bundan sonra 90 AA 442 nömrəsi Toyota LC 200 qara rəngli, 2010- cu il buraxılışı olan avtomobil “Azər Türk Med” MMC-nin balansına 17.06.2011 ci ildə rəsmiləşdirilib. Sonra 90 AA 442 Mercedes S 350 L qara metal rəngli 2008 -ci il buraxılışı olan avtomaşın 03.08.2012 ci ildə “AzərTürk Med” MMC-nin balansına verilərək rəsmiləşdirilib.
Ən maraqlısı isə odur ki, 90 AA 442 nömrəsi, “AzərTürk Med” MMC-nin balansından çıxarılaraq, buraxılış ili 2005 ci il, ağ rəngli “Hyundai Sonata” markalı avtomaşına 17.04.2013- cü ildə rəsmiləşdirilərək Milli Məclisin balansına verilib.
Bundan savayı Azər və Tapdıq Əmiraslanov qardaşlarına məxsus 10 ZU 060 nömrəsi 2007- ci ildə “Subaru Forester”, 2008 -ci ildə “Mercedes G 320”, 2008- ci ildə “Toyota Land cruiser”, 2010-cu ildə “Toyota LC 200”, 2011- ci ildə “Mercedes 500”, 2012- ci ildə 10 ZU 060 nömrəsi “Mercedes E 240” olaraq keçir “Azər Türk Med” MMC-nin baş direktoru Vüqar Cavadovun adına. Yenidən həmin il, yəni 2012- ci ildə 10 ZU 060 nömrəsi “Mercedes R 350” olaraq keçir Azər Əmiraslanovun adına. Sonra 10 KG 060 nömrəsi 2010- cu ildə “Mercedes S 350 L” Azər Əmiraslanovun adına rəsmiləşdirilib. 2012- ci ildə 10 KG 060 nömrəsi “Mercedes E 240” avtomaşına verilərək Vüqar Cavadovun adına rəsmiləşdirilib. 2013- cü ildə isə 10 KG 060 nömrəsi “BMW 750” markalı avtomaşına verilərək Vüqar Cavadovun adına rəsmiləşdirilir. 90 CP 060 nömrəsi isə 2008 ci ildə “Subaru Forester” avtomaşınına verilərək Azər Əmiraslanovun adına rəsmiləşdirilib.
Bu və digər sensasiyalı məlumatların yayılması Əmiraslanovlar ailəsində ciddi narahatlıq yaratmış, hətta Azər Əmiraslanovun bəzi yaxın qohumları “Facebook”da LEGİON səhifəsinə qarşı təhqiramiz ifadələrlə hücuma keçmişdi.
Bildirək ki, bu günlərdə Azər Əmiraslanovla bağlı daha maraqlı bir məlumat əldə etmişik.
Belə ki, mənbələr Azər Əmiraslanovun nəinki doğma dayısıoğlunun, eləcə də müxtəlif elit ailələrdən çıxan şəxslərin, iş adamlarının pullarını mənimsəməsini bildirirlər.
365info.az saytında Azər Əmiraslanovun “Patchi” şokolad şirkətinin sahibi İkram Hacıyevlə ortaq olması, sonradan onunla da “pul davası” yaşaması barədə qeyd edib.
Həmçinin, A.Əmiraslanovun son bir neçə ildə 13 dəfə şəxsiyyət vəsiqəsi dəyişməsi barədə məlumatlar da müəmmalı məqamlardan sayıla bilər.
Bu və digər məlumatlar fonunda Azər Əmiraslanovun Azərbaycandan “qaçmağa” hazırlaşması barədə məlumatlar da LEGİON-a daxil olub.
Mənbələr qeyd edirlər ki, A.Əmiraslanov biznesini satışa çıxarıb, yerli banklarda olan pullarını isə hissə-hissə Türkiyədəki hesablarına transfer edir.
Məlumata görə, ölkə rəhbərliyinin qəzəbinə tuş gəlməkdən ehtiyat edən Əhliman Əmiraslanov oğluna tövsiyə edib ki, qısa müddətdə biznesini Türkiyəyə daşısın.
Bundan sonra isə A.Əmiraslanovun sürətlə milyonlarını ölkədən çıxarmağa başladığı, Türkiyədə ard-arda daşınmaz əmlak almağa başladığı mənbələr tərəfindən qeyd olunur.
Hətta mənbələrin məlumatına görə, A.Əmiraslanov vaxtilə ucuz qiymətə gətirilən tibbi ləvazimatların Azərbaycandakı dövlət xəstəxanalarına baha qiymətə satılması sahəsində də böyük təcrübə toplayıb, indi isə Türkiyədə tibbi ləvazimatlar istehsal edən müəssisələrə yatırım etməyə hazırlaşır, artıq bir neçə “işgüzar görüş” də keçirib...
Təəssüf ki, məlumatları Azər Əmiraslanovun özü ilə dəqiqləşdirmək imkanımız olmadı, çünki zənglərimiz indiyə qədər A.Əmiraslanov tərəfindən cavabsız qalıb.
Əgər bu məlumatlar doğrudursa, o zaman sual yarana bilər ki, Əhliman Əmiraslanovun illərlə Tibb Universitetində “qazandığı” milyonlar indi başqa bir ölkənin iqtisadiyyatına sərmayə olaraq yatırılır.
Araşdırmamız davam edir...
Tamerlan Zeynallı
LEGİON.AZ
Əli İnsanovun “maz”ı və Əhliman müəllimin “sabun”u
Milli Məclis Aparatının rəhbərliyi dövlət avtomobil nömrələrinin alverində iştirak edirmi?
Mütəllibovçu Əhliman Əmiraslanov 1993-cü ildə mövqeyini necə DƏYİŞDİ..?
Yol polisi özü özünü təkzib edir
Sənin adın nədir, cənab professor: Avtoritet, sələmçi, nömrə həvəskarı, “pasportstol”, yoxsa..?
Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR
Əhliman Əmiraslanovun oğlundan Prezidentə şikayət olundu – MƏTN
Deputatın oğlu milyon yarıma "kollektor" xidməti göstərir?
Əhliman Əmiraslanovun oğlunun başına Sloveniyada nə gəlib? – NÜANSLAR
Klinika rəhbəri müstəqil mətbuatı şantajda ittiham edir – ABSURD
Əhliman Əmiraslanovun qohumları mətbuata müharibə elan etdilər? – MARAQLI MƏQAMLAR(FOTO)
Əmiraslanov qardaşları ilə “Yeni Bakı”nı inşa edən Elnur Hüseynovu nə birləşdirir?
Azər Əmiraslanov Milli Məclisə məxsus avtomobil nömrəsini necə özününküləşdirib..?