ABŞ-nin Bakıdakı agenturası ilə gizli görüşü təxirə salındı -FOTO
ABŞ-nin Azərbaycandakı səfirliyi Amerikada təhsil alan, bu ölkənin agentura şəbəkəsinə cəlb edilmiş bir qrup azərbaycanlı tələbə ilə görüşü təcili təxirə salıb.
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, bununla bağlı aidiyyəti şəxslərə bildiriş göndərilərək görüşün qeyri-müəyyən vaxta təxirə salındığı qeyd olunub.
Məsələ burasındadır ki, “Məzunların yubiley qalası” adı verilən “tədbir” əslində, sabah 18:30-da “JW Marriott Absheron” hoteldə keçirilməli idi. Bununla bağlı ötən gün “Qafqazinfo”da məlumat yayılmış, Azərbaycanın hüquq-mühafizə orqanlarının məsələdən xəbərdar olduğu, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü oxucuların diqqətinə çatdırılmışdı.
Məhz bu xəbərdən sonra görüşün qeyri-müəyyən vaxta təxirə salınması böyük sual doğurur:
Əgər doğrudan da bu “tədbir”in niyyəti saf idisə, son vaxtlar yaranan ABŞ - Azərbaycan münasibətlərindəki gərginliklə bağlı deyildisə, hər hansısa bir təlimat xarakteri daşımırdısa, nə üçün belə adi bir görüş təxirə salındı?
ABŞ-də fövqəladə hadisə baş vermədiyini nəzərə alsaq, deməli, sualın cavabını da tapmış oluruq.(“Qafqazinfo”)


