Ukraynaya hərbi yardım artır
Almaniya hökuməti Ukraynaya hərbi yardım üçün dövlət büdcəsindən əlavə 4 milyard avro ayrılması barədə qərar qəbul edib.
Yenixeber.org: Bu barədə “Bild” qəzeti Almaniya Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Almaniya ilkin olaraq 2024-cü ildə Ukraynaya silah tədarükü üçün 4 milyard avro ayırmışdı. Almaniya Müdafiə Nazirliyində yeni hərbi yardım paketləri üçün 120 milyon avro qalıb.
Qəzetin məlumatına görə, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya yardım üçün ayrılması üçün daha 5 milyard avro tələb edib. Nəticədə hökumət 4 milyard avroya razılaşdı.Gələn həftə Bundestaqın Büdcə Komitəsi rəsmi olaraq dövlət büdcəsinə dəyişikliklərlə bağlı qərar verəcək.
"Bild" qeyd edir ki, Almaniya Müdafiə Nazirliyinin daha 2 milyard avrosu var və departament bundan “uzunmüddətli müdafiə müqavilələrinin həyata keçirilməsi üçün vəsait” kimi istifadə edə bilər.