Türkiyə İsraildəki səfirini geri çağırdı -SƏBƏB
Türkiyənin İsraildəki fövqəladə və səlahiyyətli səfiri Şakir Özkan Torunlar geri çağırılıb.
Yenixeber.org: Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi, hücumları davam etdirməsi, humanitar yardımın fasiləsiz və davamlı ölkəyə girişinə icazə verməməsi səbəbindən Təl-Əvivdəki səfirimiz Şakir Özkan Torunların məsləhətləşmələr üçün Ankaraya çağırılması qərara alınıb”, - məlumatda bildirilib.