Sevastopol raket atəşinə tutulub -İstilik Elektrik Stansiyasında partlayş olub

Krımın mərkəzi Sevastopol şəhərində bir gün ərzində ikinci dəfə güclü partlayış baş verib.
Yenixeber.org: Bu barədə Ukraynanın Teleqram kanalları məlumat yayıb.
"Crimean Wind" kanalının məlumatına görə, Sevastopol İstilik Elektrik Stansiyasına hücum edilib:
"Yəqin ki, Sevastopol İstilik Elektrik Stansiyasını vurublar".
Qeyd edək ki, bu gün Rusiyanın Qara dəniz Donanmasının Sevastopoldakı qərargahı da raket atəşinə tutulub.