Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Vaqner” Belarusun Tsel düşərgəsinə yerləşib -FOTOLAR

vaqner-belarusa-bele-daxil-olur

Belarusdakı istifadəsiz Tsel düşərgəsinə “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri daxil olub.

Yenixeber.org: Ötən gün bununla bağlı yeni görüntülər yayılıb.

Bildirilib ki, Belarusun cənubundakı həmin düşərgəyə onlarla avtomobil daxil olub.

Əldə olunan məlumata görə, Tselə 100 avtomobil və 600-ə yaxın canlı qüvvənin getdiyi bildirilir. 

Xatırladaq ki, bir müddət əvvəl də Rusiyanın müttəfiqi olan Belarus Prezidenti Aleksandr Lukaşenko "Vaqner"in hazırda ölkə daxilindəki düşərgələrdə olduğunu bildirib.

Qeyd edək ki, Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin iyun ayında döyüşçü yoldaşları ilə birlikdə Rusiya administrasiyasına qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.

Priqojin Belarusa getdikdən sonra “Vaqner”in ölkədə məskunlaşmasını təklif edən Lukaşenko Belarus ordusunun “Vaqner” döyüşçülərinin təcrübəsindən yararlana biləcəyini bildirmişdi.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam