Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Millət vəkili Məşhur Məmmədovun qızı ölkəni tərk edib -Amerikaya köçüb

Millət vəkili Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı da Amerikaya köçüb. 

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, deputatın qızı Mədinə Şahbazova  Nyu-Yorkda yaşayır. 

Masallıda bağça müdiri iləyən M. Şahbazova artıq bir müddətdir ki, ölkəni tərk edib. 

Hətta bu barədə deputatın qızı öz "intagram" səhifəsində paylaım edib. 

Bildirək ki, deputatın övladlarının Məşhur Məmmədovun atasının adını soyad olaraq qəbul ediblər. 

Ötən ilin mayında  mətbuatda gedən məlumatlara görə, 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov “Masalli Enterprise LLC” adlı şirkət təsis edib. “Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınıb. 

Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.

Həmçinin mediada gedən məlumatlara görə, millət vəkili Məşhur Məmmədovun övladları Mədinə Şahbazova və Məntiq Şahbazov  Masallıda  bağçalar inşa ediblər. Masallı əhər şəhər 1 saylı Uşaq bağçasına Mədinə Şahbazova, 4 saylı Uşaq bağçasına isə Məntiq Şahbazov rəhbərlik edir.

Mətbuatda gedən məlumatlara görə, ölkənin tanınmış mebel şirkəti olan "Embawood" MMC-nin sahibi Məşhur Məmmədovdur. Deputat seçildikdən sonra həmin şirkətdən imtina etdiyini bildirsə də ailə üzvləri tərəfindən idarə edildiyi bildirlir.(32gün.az) 

AyxanMillət vəkilinin bağça müdiri olan qızı ölkəni tərk edib- Amerikaya köçüb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam