Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Dəyəri 1 milyard dollardan çox olan Avropa malları Rusiyada "yoxa çıxıb"... – “Kabus ticarəti” necə aparılır?

2022-ci ildə Avropa İttifaqı ölkələrindən Ermənistan, Qazaxıstan və Qırğızıstana göndərilən dəyəri bir milyard dollardan çox olan mallar Rusiya ərazisindən tranzit keçərkən “yoxa çıxıb”.

Yenixeber.org: Vəziyyət “kabus ticarəti” adlandırılır.

Açıq məlumatlara görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladıqdan sonra tranzit bəhanəsi ilə Aİ ölkələrindən Rusiyaya iki milyard dollarlıq mal idxal edilib. Bununla yanaşı, Aİ-dən Rusiyaya “kabus ticarətinin” faktiki həcmi xeyli çoxdur.

Avropa mallarının, o cümlədən hərbi sənayedə istifadə oluna bilən sanksiyalar altında ikili təyinatlı məhsulların alıcıları Ermənistan, Qazaxıstan və Qırğızıstan şirkətləri olub.

Rusiya AB gömrük bəyannamələrində saxta istiqamətlər qeyd etməklə sanksiyalardan yan keçə bilib. Belə ki, Rusiyaya ixracı qadağan edilən təyyarə komponentləri, optik avadanlıq və qaz turbinləri kimi mallar yalnız Rusiya ərazisində tranzit olması bəhanəsi ilə Avropa İttifaqından ölkəyə birbaşa daxil olub.

"Onlar başqa hara gedə bilərdilər? Niyə bu ölkələrin birdən-birə bu mallara ehtiyacı oldu? Regionda bu mallara ən çox kim lazımdır? Aydındır ki, Rusiya", - Estoniyanın sanksiyalar naziri Erki Kodar bildirib.

Nəşr bildirir ki, bu cür ixracın qeyri-mütənasib böyük hissəsi Baltikyanı ölkələrdən Rusiyaya gedir.(“Financial Times”)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam