Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ekrem İmamoğlundan Qafqaz mesajı -Türkiyənin taleyini 21 milyon gənc müəyyən edəcək

Spartada çoşqulu izdiham qarşısında çıxış edən İstanbul Böyük Şəhər Bələdiyyə Başqanı Ekrem İmamoğlu 14 may seçimlərinin nəticəsi olaraq Yaxın Şərqdən Qafqaza, Balkanlardan Orta Asiyaya qədər hər yerdə çox gözəl günlərin gələcəyinin mesajını verib.
Yenixeber.org: Bu haqda politoloq Xaqani Cəfərli yazıb... Politoloq daha sonra bildirir ki, "Bu gözəl günlər gerçək respublika ilə, demokratiya üzərində bərqərar olan cümhuriyyətlə gələcək. İmamoğlunun bu mesajı bölgədə böyük hadisələrin olacağının işarəsi kimi qəbul edilə bilər. Verilən mesajdan belə qənaət yaranır ki, Türk dünyasının demokratikləşməsi Türkiyədə demokratiyanın qalib gəlməsi ilə başlayacaq. Həqiqət də ondan ibarətdir ki, bölgədə demokratikləşmə prosesi regionun böyük ölkələrində, o cümlədən Türkiyədə demokratiya bərqərar olmadan mümkün deyil.
Əslən spartalı olan 9-cü prezident Süleyman Demirelin məşhur “fötr şapka”sı ilə izdiham qarşısına çıxan İmamoğlu seçkinin mənimsənilməsinə imkan verməyəcəklərini bəyan edib. Z nəsilinə səslənən İmamoğlu Türkiyənin taleyini 15-30 yaş arası 21 milyon gəncin müəyyən edəcəyini bildirib.
Qərbin beyin mərkəzləri də Ərdoğanın 21 illik hakimiyyətinə qarşı ən böyük müxalifəti Z nəsilinin təşkil etdiyi qənaətindədirlər. Nüfuzlu araşdırma mərkəzlərinin rəyinə görə Z nəslinin 80 faizi siyasi islama qarşıdır. Araşdırmalar zamanı məlum olub ki, Z nəslinin 74 faizi Ərdoğana səs vermək istəmir. Buna görə siyasi islamçıların bəzi liderləri seçki hüquqnunun 18 yaşdan 30 yaşa qaldırılmasını istəyirlər.
Ərdoğan rejiminə qarşı Z nəslindən sonra ən böyük müxalifəti isə qadınlar təşkil edir. Z nəslinin və qadınların seçimində Cümhuriyyət Halk Partiyası bütün partiyalardan öndədir.
Ərdoğanın əsas tərəfdarları isə ailədə, cəmiyyətdə özünün hakimiyyətini, üstünlüyünü şəriətin gücü ilə qorumaq istəyənlərdir.
Spartaya səfəri zamanı Ekrem İmamoğlu mərhum Süleyman Dəmirəlin məzarını ziyarət edərək, qərənfil düzüb".
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam