Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Oliqarxlar haqqında qanun parlamentin gündəmində

Gürcüstan parlamenti “Deoliqarxizasiya haqqında” qanun layihəsini Venesiya Komissiyasının tövsiyələrinə uyğunlaşdıracaq.
Yenixeber.org: Səsvermə bir gün əvvəl keçirilib və parlamentin saytında yayımlanıb. Parlamentarilər qanunda istifadə olunan terminologiyaya aydınlıq gətirməyi planlaşdırırlar. Deputatlar Venesiya Komissiyasının rəyinə və sənədə bir sıra şərhlərə görə belə bir addım atmaq qərarına gəliblər.
Yeni qanun layihəsinə görə, oliqarxlar xüsusi dövlət reyestrinə daxil ediləcəklər. Reyestrin yaradılması və tətbiqi də daxil olmaqla əlaqəli qaydalar Gürcüstan parlamenti tərəfindən təsdiq ediləcək. Qanun layihəsinə görə, oliqarx kimi təsdiqlənmiş şəxslərin xüsusilə də siyasi sahə ilə əlaqəli müəyyən maliyyə fəaliyyətləri məhdudlaşdırılacaq.
Belə ki, onların siyasi partiyaları dəstəkləmək məqsədilə müəyyən donasiyalar etməsinə, seçki prosesində siyasi partiyaları, siyasi kampaniyaları maliyyələşdirməsinə, siyasi tələblərlə nümayiş və toplantılar keçirməsinə, həmçinin özəlləşdirmə zamanı dövlətə məxsus genişmiqyaslı müəssisələri satın almasına icazə verilməyəcək.
Qeyd edək ki, deoliqarxizasiya ilə bağlı qanun layihəsinin qəbulu Avropa İttifaqının Gürcüstan üçün hazırladığı 12 bənddən ibarət tövsiyyələr paketinə daxildir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam