Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ukraynaya F-16 təyyarələri verilməyəcək -Bayden açıqladı

ABŞ prezidenti Co Bayden Ukraynanın hazırda F-16 döyüş təyyarələrinə ehtiyac duymadığını bildirib

ABŞ prezidenti Co Bayden Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü çərçivəsində "ABC News"a müsahibə verib.

Yenixeber.org: Bayden Rusiyanın yazda gözlənilən hücumuna qarşı Ukraynanın tələb etdiyi F-16 döyüş təyyarələrinin “hələlik” verilməyəcəyini bildirib.

Jurnalist David Muirin “Ukraynanın F-16-lara ehtiyacı olmadığını düşünürsünüz, eləmi?” sualını Bayden belə cavablandırıb:

“Xeyr, F-16-lara ehtiyacı yoxdur. Ukraynanın müdafiə üçün gələcəkdə nəyə ehtiyac duyacağını dəqiq deyə bilmərik. Ordumuza görə, hazırda F-16-ların göndərilməsi üçün heç bir səbəb yoxdur. Hələlik bunu rədd edirəm. Ordumuzun Ukraynaya lazım olduğunu düşündüyü şeyi Ukraynaya göndəririk. Kiyevə tanklar, artilleriya, hava hücumundan müdafiə vasitələri, o cümlədən HIMARS reaktiv yaylım atəşi sistemi lazımdır. Biz onları Ukraynaya göndəririk ki, qazanc əldə edə bilsin".

Xatırladaq ki, Bayden yanvar ayında jurnalistlərə verdiyi açıqlamada F-16-ları Ukraynaya göndərməyəcəyini bildirərək bu tələbi rədd etmişdi. Bununla belə, ABŞ rəsmiləri, o cümlədən Ukrayna prezidenti Zelenski və ABŞ dövlət katibi Antoni Blinken bu məsələnin hələ də müzakirəyə açıq olduğunu bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam