Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

ABŞ F-16-ları Türkiyəyə sata bilər

2019/01/RTX68-1547210474.jpg

ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışı üçün konqresdən icazə almağa çalışacaq.

Yenixeber.org: Bu barədə ABŞ administrasiyasının nümayəndələrinə istinadla “The Wall Street Journal” məlumat yayıb.

Söhbət 40 yeni qırıcının, eləcə də Türkiyədəki bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün dəstlərin satışından gedir. 

Bundan əlavə, ABŞ Türkiyəyə 900 hava-hava raketi və 800 bomba satmaq niyyətindədir.

Silah satışı ilə bağlı qərarın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın 17-18-də ABŞ-a planlaşdırılan səfəri ilə üst-üstə düşəcəyi istisna olunmur.

Məlumata görə, F-16-ların Türkiyəyə satılması qərarı ilə eyni vaxtda ABŞ qanunvericiləri Yunanıstana ən azı 30 ədəd beşinci nəsil F-35 qırıcılarının satışını da təsdiqləyə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam